Now Reading:
İrəvanda qiyamçıların silah anbarı tapıldı
Full Article 30 second read

İrəvanda qiyamçıların silah anbarı tapıldı



Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevanda mənzillərin birində böyük həcmdə silah-sursat aşkar edib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, evdə tapılan 6 minə yaxın güllə, 15 qumbara, partlayıcı maddə trotil, kasul-detonatorlar, işarə raketləri, daraqları olan avtomatlar, tank əleyhinə qumbaraatan, radioəlaqə vasitələri, minaaxtaranlar müsadirə edilib və ekspertizaya göndərilib.

Tapılan silahların iyulun 17-də İrəvanda post-patrul alayı binasını ələ keçirən və ötən ayın 31-dək onu nəzarətdə saxlayan şəxslərə aidiyyatı ola biləcəyi istisna edilmir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: