24 saat

İrəvanda polis şöbəsini ələ keçirən silahlılarla danışıqlar aparılmır

İrəvanda polis şöbəsini ələ keçirən silahlılarla heç bir danışıqlar aparılmır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə müxalif “Təsis parlamentinin” fəalı, vasitəçi qismində çıxış edən Alek Eniqomşyan bildirib.
“Hazırda heç bir danışıqlar aparılmır. Vəziyyət donubdur. Bununla belə, artıq 48 saatdır post-patrul alayının ərazisinə elektrik enerjisinin verilməsi dayandırılıb, rabitə kəsilib,  ərzaq yoxdur, tibbi yardım göstərilmir”, deyə vasitəçi bildirib.
Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lər hökumətlə silahlılar arasında vasitəçinin Aşot Minasyan olacağını bildirirdilər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: