Now Reading:
İrəvanda MTX-nın binasına “tank”la hücum olub
Full Article 30 second read

İrəvanda MTX-nın binasına “tank”la hücum olub



Ermənistan Milli Təhlükəsizlik Xidməti “Əks-zərbə” incəsənət qrupunun üzvü Artak Qevorkyanın cinayət işi üzrə məhkəməyə izahat verib.

Publika.az “Qafqaz Online” internet portalına istinadən xəbər verir ki, Artak Qevorkyan Milli Təhlükəsizlik Xidmətinin binasını “karton tank”la vurmaqda ittiham olunur.

Artak Qevorkyana Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsi (dələduzluq) ilə ittiham təqdim edilib.

Məlumata görə, Qevorkyan 10 dekabr 2015-ci ildə konstitusiya islahatlarına qarşı etiraz əlaməti olaraq əldəqayrılma karton tankla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının dəmir qapılarını “vurmağa” çalışırdı. O, növbəti gün saxlanılıb.

İncəsənət qrupun üzvünün üzərində məhkəmə mayın 23-də Yerevanda başlanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: