Advertisements
24 saat

İqtisadçı alimdən maraqlı təklif


Vüqar Bayramov: “Bakıda fermer mağazaları yaradılsın”

İqtisadçı alim Vüqar Bayramov 24saat.org-a açıqlamasında maraqlı təkliflə çıxış edib. Fermerlərin paytaxt bazarlarına çıxış imkanının məhdud olduğuna, bu yolda onlara süni şəkildə müxtəlif problemlərin yaradıldığına diqqət çəkən V.Bayramov fermer mağazalarının açılması ilə bu problemin həll oluna biləcəyini vurğulayıb. Iqtisadçı alimin sözlərinə görə, bu cür mağazaların açılması həm fermerlərin, həm də istehlakçıların marağına tam cavab verir: “Bakıda inkişaf etmiş ölkələrdə olduğu kimi fermer mağazalarının yaradılmasına ehtiyac var. Yaxşı olar ki, bu cür mağazalar yaradılsın və onlar fermerlərin ixtiyarına verilsin. Belə olarsa, fermerlər bu mağazalar vasitəsi ilə bazara öz məhsullarını birbaşa çxıartmaq imkanı əldə edərlər. Bu isə həm fermerlərin daha çox gəlir götürməsinə, həm də vətəndaşların kənd təsərrüfatı məhsullarını daha ucuz qiymətə almasına səbəb olar”.

Seymur Əliyev

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: