Loading...
Loading...
vosmoy

İqtidarda müdhiş “Vosmoy” didişməsi: nazir, başçı və rəis çırmanıb – ADLAR

İqtidar daxilində “Vosmoy” bazarı uğrunda didişmə başlayıb. 24saat.org-a hakimiyyətdəki mötəbər mənbədən verilən məlumatda bildirilir. Şəhərin ən böyük bazarlarından biri üstündə savaş davam edir.

MTN generalları Akif Çovdarovla Hilal Əsədovun bu bazarı ələ keçirməsi ifşa ediləndən sonra yeni mübarizə başlanıb.

Hakimiyyətin yuxarı eşelonundakı qruplaşmalar arasında bazarın yenidən bölüşdürülməsi uğrunda qarşıdurma yaşanır. Mənbə qeyd edir ki, bazar uğrunda qızışan davada yenə də səhmlər bazarın əsl sahiblərinə çatmır.

Əldə etdiyimiz xəbərlərə görə, bazarın bölüşdürülməsi üstündə iri ranqlı məmurlar yeni savaş açıblar. Bu mübarizədə bir neçə yüksək çinli vəzifəlinin adı hallanır.

24saat.org-a-a bildirilib ki, “Vosmoy” uğrunda yeni müharibədə kənd təsərrüfatı naziri Heydər Əsədov, nazirliyin nəzdindəki Baytarlıq Xidmətinin rəisi Azər Süleymanov, paytaxtın Nizami rayon icra başçısı Arif Qasımov çırmanıb.

Hazırda əlində sənədləri olan səhmdarlar oyundan kənar vəziyyətdə saxlanıb. Onlara maliyyə çatmır. Bazardan gələn vəsaitlər MTN generallarının ailələrinə çatdığı deyilir.

Amma onların son hadisələrdən sonra bazarı itirməsi və “Vosmoy”un yenidən bölüşdürülməsinin başlaması H.Əsədov, A.Süleymanov və A.Qasımovu hərəkətləndirib.

Amma bazar qovğasında təkcə adıçəkilən məmurlar mübarizə aparmır. Daha iri fiqurların da bazarı ələ keçirmək üçün səy göstərdiyi deyilir.

Onların kimliyi barədə detallı bilgilər əldə etməyə çalışırıq. Mənbə qeyd edir ki, bazar üstündə savaşan qüvvələrdən kimin qalib çıxacağı bilinmir. Lakin iqtidardakı ənənəvi klanın bazara sahib çıxacağı gözləniləndir.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Eldar Mahmudovun 4 milyona bitirmək istədiyi general kimdir?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: