Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“İqtidar ona sərf edəcəyi halda silahlı dialoq da keçirər”

Mirmahmud Mirəlioğlu: “Yürüdülən siyasət iqtidarla dialoq üçün yer qoymur”

Konstitusiyaya təklif edilən son dəyişikliklərdən sonra bəzi müxalif siyasilər iqtidarla dialoq masası arxasına oturmaq üçün heç bir əsas qalmadığı qənaətindədir.

Məsələ ilə bağlModerator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu da dialoq zərurətinin son olaylardan sonra öz əhəmiyyətini ciddi surətdə itirdiyini vurğuladı. M.Mirəlioğlunun sözlərinə görə, iqtidarın bütün məsələlərlə bağlı təkbaşına qərar verməsi dialoq üçün yer qoymur:

“Konstitusiyaya təklif edilən dəyişikliklər iqtidarın heç kəslə hesablaşmaq istəmədiyini göstərir. Ola bilsin ki, sabah iqtidar məcburi şəkildə kimisə dialoqa aparsın. Kimlərisə bir araya yığar, medianı dəvət edər və bunun da adını qoyar dialoq. Lazım gəlsə polis və silah gücünə belə bir dialoq təşkil edər və adını da qoyar silahlı dialoq.

Bir halda ki, iqtidar hər şeyi özü həll edir, o zaman onunla hansı məsələni hansı əsasla müzakirə etmək olar? Hesab edirəm ki, iqtidarın yürütdüyü siyasət onunla dialoq üçün yer qoymur”.

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

TQDK-dan XƏBƏRDARLIQ: İxtisas seçimi bu gün başa çatır

%d bloqqer bunu bəyənir: