Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İqor Konaşenkov : ”ABŞ qırıcısı sərnişin təyyarəsi ilə toqquşacaqdı”

ABŞ Hərbi Qüvvələrinə məxsus RC-135 tipli hərbi təyyarə Yapon dənizinin Rusiya ilə sərhəd xəttində iki sərnişin təyyarəsi üçün ciddi təhlükə yaradıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

“ABŞ təyyarələri Rusiyanın şərq sərhədlərində gündəlik uçuşlar həyata keçirirlər. Lakin bu dəfə ABŞ qırıcısının iki sərnişin təyyarəsi ilə toqquşmaq riski yarandı. RC-135 qırıcısı KLM və Sviss Hava Yollarına məxsus təyyarələrin uçuş xəttinə keçib. Nəticədə sözügedən iki təyyarə istiqamətlərini dəyişmək məcburiyyətində qalıb”, – Konaşenkov bildirib.

Qeyd edək ki, bi neçə gün əvvəl sözügedən olayla bağlı ABŞ-ın Rusiyadakı hərbi attaşesi Müdafiə Nazirliyinə çağırılmışdı.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Qonşuları Qazaxıstandan üz çevirdi

%d bloqqer bunu bəyənir: