Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İqbal Ağazadəyə yenidən mandat hədiyyə olunacaqmı?

“Ümid” Partiyasının sədri İqbal Ağazadə yenidən mandat davasına qalxmağa hazırlaşır

24saat.org-a daxil olan məlumata görə, o, nəticələri ləğv olunmuş 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərə qatılmaq niyyətini qətiləşdirib.

Məlumat üçün bildirək ki, ötən il noyabrın 1-də keçirlmiş parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələrini ləğv etmişdi. İlkin nəticələrə görə, dairədən əvvəlki deputat Çingiz Əsədullayev lider olsa da, MSK səsvermə günü ciddi pozuntulara yol verildiyini əsas gətirərək nəticələri tanımamışdı. O zaman media MSK-nın bu qərarını Ç. Əsədullayevin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohum olmasına bağlamışdı.

Bu günlərdə isə Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə parlamentə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər 2016-cı il iyunun 18 -nə təyin edilib.

Noyabr seçkilərində 35 saylı Xətai Üçüncü Dairəsində Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadəyə məğlub olan “Ümid” partiyasının sədri İqbal Ağazadə isə itirilmiş mandatını bərpa etmək ümidilə bu dəfə Ağdaşa üz tutur. Təbii ki, burada heç bir qəbahət yoxdur, amma bəzi açıq suallar var ki, onların cavablandırılması heç də pis olmazdı.

Əvvəla, İqbal Ağazadə illərlə deputat olduğu dairədən səs yığmadı, indi ona heç bir aidiyyatı olmayan Ağdaşda nəyə ümid edə bilər? Təbii ki, İqbal Ağazadə və tərəfdarları indi xorla bəyan edə bilər ki, həmin vaxt nəticələr saxtalaşdırılıb. Yaxşı, olsun. Belə olan halda İqbal Ağazadə indi nəticələrin saxtalaşdırılmayacağına inanırmı. İnanırsa hansı əsaslarla?

Təbii ki, özlüyündə hər şey aydındır. İqbal Ağazadə Ağdaşda bəxtini sınamağa öz təşəbbüsü ilə gedirsə heç bir nəticə əldə etməyəvcəyi özünə də bəllidir. Yox, konkret olaraq onu bu addımı atmağa “yuxarılar” məsləhət görübsə, bu halda biz “Ümid” sədrini yenidən parlament kürsüsündə görə biləcəyik.
Bu isə həmin mandatın özünü az qala “1 nömrəli müxalifətçi” kimi təqdim edən İqbal Ağazadəyə pay verilməsi anlamına gəlməlidir.

Orxan
24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Elçibəy qatilləri – MƏNİ HEÇ KIM QUL EDƏ BILMƏZ – II YAZI

%d bloqqer bunu bəyənir: