Loading...
Loading...

İqbal Ağazadə üçün “iblis yolu”

“Ləyaqət sahibləri siyasətlə məşğul olmur” – Alber Kamyu 20-ci əsrin siyasətinə qiymətində bu sözlərlə damğa vurub. Fransız yazıçısı cəsarətli sözün altına imzasını qoyub. Müəllif yaxşı bilir ki, siyasətin çirkinliyi, idbarlığı və iyrənc üsulları bu labirintdə kristal adam saxlamır. Bu, orta əsrlərdə də belə olub, ötən əsrdə də, yeni yüzillikdə də…
Kimsə siyasi fəaliyyətini və bioqrafiyasını ortaya qoymağa cəsarət edə bilməz. Nə Stalin, nə Çörçill, nə Ruzvelt. Söhbət yanlışlıqlardan deyil, göz görə-görə siyasətdə edilən eybəcərliklərdən gedir. Müasir Azərbaycan siyasətində 25 ilin leytomitivi də Kamyunun yuxarıdakı sözləri ilə çulğalaşır.
Amma bir var siyasət, bir də mübarizə. Mübarizə oyun qaydalarını sevmir, açıq döyüşə çağırır, manipulyasiyaları, imitasiyaları rədd edir, xalqın səmimi inamından sui-istifadəni lənətləyir. Siyasət isə istənilən fırıldaq və hiyləni tətbiq etməyə icazə verir. Azərbaycanın 25 illik siyasi mübarizəsində də məhz mübarizə yox, lənətlənmiş siyasət oyunlarında iştirak edənlər bu gün elə çığırır ki…

Bu dəhşətli çığırtının səsləri son günlərdə yenidən – ümidsiz bir dövrdə Ümid partiyasının sədri İqbal Ağazadədən eşidilməyə başlanıb. Araz Əlizadəyə uduzdurulmuş, heç bir seçki mühiti olmayan vaxtda namizədliyini irəli sürmüş Ümid sədri bu məğlubiyyət yarasının üstünə sarğı çəkmək üçün ta Ağdaşa qədər əlini uzadıb.
Niyə? Nə üçün? Hansı ehtiyacdan? Ağdaşlılara deputat lazımdır? Bəlkə Ağdaşın dərd-sərini həll edəcəksiniz? Ağdaş sakinlərinin neçə faizi təkrar seçki olacağını bilir? MTN işinə görə mandatı ləğv olunmuş Çingiz Əsədullayevin yerinə təyin olunacaq mandat sahibi qara günlü ağdaşlıların nəyinə lazımdır? Suallar o qədərdir ki…
İqbal Ağazadə əslən Füzuli rayonundandır. Paytaxtın Xətai rayonundan millət vəkili olub. Bu iki regional fakt yetərlidir ki, sual verəsən – Ümid sədrini Ağdaşda kim tanıyır, hansı elektoratı, ağdaşlı seçiciləri var? Təkrar seçkiyə də elə də çox vaxt qalmayıb.
Bəs, hörmətli Ağazadə Montin qəsəbəsindəki qərargahından seçkiyə necə qatılıb? Nə zaman ağdaşlı seçicilərlə görüşüb, onların problemlərini dinləyib? Ümumiyyətlə, Ağdaşda nə seçki mühiti var, nə camaatın bu seçkidən xəbəri. Meydanda iki rəqib mandat üçün çırmalanıb.
Hardasa Ağdaşın icra başçısının müavinini anlamaq olar, hərçənd onun da Ağazadə kimi nüfuzu yoxdur. Amma əhalinin içindədir, rayonda biznesi var, ağdaşlılar onu tanıyır. Və o da faktdır ki, Cavid Osmanov da parlamentdə ağdaşlıların gününə ağlayan deyil.
Araz Əlizadəyə uduzdurulmuş siyasətçinin təkrar mandat uğrunda siyasi spekulyasiyalara başlaması isə sadəcə və sadəcə, ikrah hissi doğurur. İqbal Ağazadənin niyə deputat olmaq istəməsi də aydın deyil. Əgər bir dəfə seçmədilərsə, təkrar cəhdlə nə olacaq?
Bir siyasətçi mandatsız, parlamentsiz mübarizə apara bilmirmi? – Əlbəttə mümkündür. Hörmətli Ümid sədri tarixdən də gözəl bilir ki, siyasi mübarizə mandatsız da olur. Amma təkrar seçkiyə qədər Ağazadənin fəallığı nəzərə çarpmırdı, yəni mübarizəsi görünmürdü…
Elə ki deputatlıq şansı yarandı aktivlik fazasına qədəm qoydu. Yaxşı, bu dəfə də Ağazadə uduzsa nə olacaq? Təbii ki, siyasətdə hər cür simulyasiyadan tutmuş sublimasiyaya qədər mümkündür. Amma ayıbına kor olub, birdəfəlik meydandan çıxıb getmək seçimi də var. Çətin ki Ümid sədri bunu edə. Axı, ağdaşlılar oktyabrdan intizarda idi?! – İqbal Ağazadə gələcək, zülm bitəcək!
Xalqların gözü tərəzidir; onlar tükü-tükdən seçir, siyasət adamlarının bioqrafiyasını unutmur, elədiklərini xatırlayır və qiymət verir. Xalqların yaddaşı silinmir. Bu kodları və şifrələri çözmək də müşküldür.
Azərbaycan xalqı da siyasətçilərinə, iqtidar və müxalifətinə qiymət verib. Xalqın boykot elədiyi seçkidə isə iqtidarla-“müxalifət” iştirak edir. Belə oyunlar artıq arxada qalıb. 25 ildə bir bələdiyyə seçkisini şəffaf keçirməyənlərin şousunda iştirakla dekorasiya rolunu oynamaq olmaz.
Toplum hər seçkini boykot edir. Öyrədilmiş və pulla alınmış dövlət qulluqçularına baxmayın, böyük çoxluq bülletenləri boş saxlayır. Xalq siyasətlə səmimi mübarizəni Kamyu qədər ayırd edə bilir…

İqbal Ağazadə isə heç Araz Əlizadə də ola bilmir və bilməyəcək. Çünki onun üzə çıxarılması mümkün olmayan bioqrafiyasını “Prezident seçkilərindən iştirak etmiş şəxs”tanıtımından sonra deputat seçkilərində ən zəif halqaya məğlubiyyət və onun ardınca da, əyalətin xırda məmuruna boyun əymək tamamlayacaq…
24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ohanian Qarabağ razılaşmasından danışır

Loading...
%d bloqqer bunu bəyənir: