Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“İqbal Ağazadə deputat seçilə bilməzdi”

“Hər zaman demişəm, bu gün də deyirəm ki, ölkədə Yeni Azərbaycan Partiyasının alternativi yoxdur. 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə partiyamızın namizədi Cavid Osmanovun qalib gəlməsi təəccüblü görünməməlidir”.

Bunu azvision.az-a YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, Ağdaşda YAP-ın 16 minə yaxın üzvü var: “YAP-ın Ağdaşdan olan namizədi rayon təşkilatının sədri idi. Bu baxımdan namizədimiz rayonda böyük nüfuza malikdir. Seçkidən qeyri-adi nə isə gözləmirdik. Cavid Osmanovun qələbəsinə inanırdıq”.

“Ümid” partiyasının sədri İqbal Ağazadənin tərəfdarlarının qarşıdurma yaratmasına gəlincə, S.Novruzov qeyd edib ki, bunlar provakasiya idi və qarşısı alınıb: “Hazırda əlimizdə 29 məntəqə seçki dairəsinin protokolu var. Onlar hər bir dairədə müxtəlif qəzetlərin müxbirlərini bu işə cəlb etməyə cəhd göstərib. Bu isə seçkidə pozuculuq fəaliyyəti göstərməyə cəhd idi. Nəticə etibarı ilə məntəqələrdə bunlar protokollaşdırıldı və həm Dairə Seçki Komissiyasına, həm də Mərkəzi Seçki Komissiyasına göndərilib”.

S.Novruzov vurğulayıb ki, İqbal Ağazadənin 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə qalib gələ bilməyəcəyi əvvəlcədən bəlli idi: “Onun Ağdaşdan deputat seçilmə şansı sıfıra bərabər idi. Birinci, ağdaşlı seçicilər İqbal Ağazadə haqqında kifayət qədər məlumata malik deyildilər. İkinci, İqbal Ağazadə orada yaşamayıb, fəaliyyət göstərməyib. Üçüncü, partiyanın rayon təşkilatı geniş nüfuza malik deyil…”.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Pharrell Williams Bakıda azadlıqdan danışdı – YENİLƏNİB (VİDEO)

%d bloqqer bunu bəyənir: