İqbal Ağazadə yenə də deputat olmaq istəyir


Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə nəticələri ləğv edilmiş 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizəd olacaq.

Bu barədə Lent.az-a o, özü bildirib. Partiya sədri deyib ki, artıq məsələ ilə bağlı sənədlərini toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin olunub.

Onu da bildirək ki, İ.Ağazadə ötən il keçirilən parlament seçkilərində 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuşdu. Həmin dairədən ASDP sədri Araz Əlizadə deputat seçilmişdi.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Əli Həsənov beynəlxalq birliyə səsləndi

%d bloqqer bunu bəyənir: