Now Reading:
İpoteka krediti almaq istəyənlər xoş xəbər – VİDEO
Full Article 40 second read

İpoteka krediti almaq istəyənlər xoş xəbər – VİDEO



Bu məbləğin yarısı sosial mənzillərin tikintisinə, yarısı sosial ipotekaya sərf olunacaq.

24saat.org xezerxeber.com-a istinadən bildirir ki, sosial ipotekanın maliyyələşdirilməsinə dövlət büdcəsindən İpoteka Fonduna gələn il 50 milyon manat ayrılacaq. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Eyni məbləğ 2016-cı ilin dövlət büdcəsində yerləşdirilib və 28,2 milyon manatı artıq sosial ipotekaya xərclənib. Gələn il də bu sahəyə həmin həcmdə vəsaitin ayrılması nəzərdə tutulur.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, yaxın gələcəkdə müəllim və həkimlərə də sosial ipoteka veriləcəyi gözlənilir ki, bu da kreditləşmənin əhatə dairəsini genişləndirəcək.

Daha 50 milyon manat isə sosial mənzillərin tikintisi üçün Mənzil İnşaatı Dövlət Agentliyi yanında MIDA MMC-yə ayrılacaq.

Sosial mənzillərin inşasına 2017-ci ildən başlanılacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: