Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“iPhone 7” modellərinin qiyməti məlum oldu

“Apple” şirkətinin sentyabrda təqdimatını keçirməsi nəzərdə tutulan 3 yeni “iPhone” modellərinin qiyməti məlum olub.

ANS PRESS-in məlumatına görə, adının açıqlanmasını istəməyən şirkətə yaxın mənbədən bildirilib ki, “iPhone 7 Pro” modelinin qiyməti onun yaddaş tutumundan asılı olaraq dəyişəcək.

Ən mükəmməl versiya hesab edilən Pro modelinin 32 QB yaddaş tutumuna malik olan telefonu 7088 yuan (1612 manat), 128 QB yaddaş tutumuna malik olanı 7888 yuan (1792 manat), 256 QB yaddaş tutumu olan “iPhone 7Pro” modelinin isə 8888 yuan (2016 manat) civarında olacağı deyilir.

“iPhone 7” və “7 Plus” modellərinin qiyməti isə əvvəlki nəsil telefonların ilkin satış qiyməti civarında olacağı bildirilib.

"iPhone 7" nin görüntüləri yayılan modeli

Bundan başqa yeni “iPhone 7” modelində qulaqcıq deşiyinin olmaması söz-söhbətə səbəb olsa da şirkətin öz niyyətindən əl çəkmədiyi məlum olub.

Etirazlara baxmayaraq telefonların dizaynının dəyişməyəcəyi deyilir. İstifadəçilər qulaqcıqları mobil vasitəyə “Lightning”, yaxud da “Bluetooth” vasitəsi ilə qoşa biləcək.

“Apple”ın üzərində çalışdığı yeni “iPhone 7″nin ən böyük dəyişikliyindən biri də onun su keçirməyən bir sistemə sahib olmasıdır.

Mənbə onu da bildirib ki, yeni “iPhone 7” modellərində iOS 10 sistemi tətbiq ediləcək.

iPhone 7 Pro modeli

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Astroloji proqnoz – 04 iyun

%d bloqqer bunu bəyənir: