İntihar etmək istəyirdi – Məşhur müğənni xilas etdi

Ötən gün müğənni Yavuz Bingöl “15 iyul Şəhidlər Körpüsü”ndə intihara cəhdin şahidi olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ifaçı çəkilişə gedərkən gəncin özünü körpüdən atmaq istədiyini görüb. Bingöl maşından düşərək həmin şəxslə 10 dəqiqə söhbət edib.

Müğənni gənci intihar etmək fikrindən döndərə bilib.

İfaçı məsələ ilə bağlı açıqlama yayıb.

“Çox şey etmədim, intihar etmək istəyən gənci görərək maşından düşdüm. Pərəstişkarım olduğunu söylədi. Məni görüb sakitləşdi. Çəkilişlərə gecikdim, amma bir gənci xilas etdim. O, depressiyada olduğunu söylədi. Başqa bir məlumatım yoxdur”- deyə Bingöl qeyd edib.
63700

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

NATO-nun sabiq baş katibi Obamanı qərarsızlıqda ittiham edib

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: