Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
intihar-eden-300x225

İntihar etdiyi deyilən şəxs ürəyindən vurulubmuş

Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi məlum olub.

1981-ci il təvəllüdlü Muğanlinski Teymur Fərrux oğlu oktyabrın 17-də dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Ceyhun Hacıbəyli küçəsi 2, mənzil 13-də onun sol döş qəfısinə bıçaqla xəsarət yetirilib. T. Muğanlinskini xəstəxanaya arvadı çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Teymur Muğanlinskinin yaxınları isə bildiriblər ki, o, qətlə yetirilməyib, özü-özünü bıçaqlayıb. Onların sözlərinə görə, hadisə baş verən vaxt Teymur Muğanlinski və həyat yoldaşı arasında yemək masası arxasında mübahisə yaranıb. Qadın spirtli içki qəbil etmiş ərinə boşanmaq istədiyini deyib. Bu bəyanata əsəbiləşən Teymur Muğanlinski masadakı bıçaqla özünə xəsarət yetirib. Həyat yoldaşı onu xəstəxanaya aparıb, lakin Teymur Muğanlinski aldığı xəsarətdən dünyasını dəyişib.

Nərimanov rayon Prokurorluğunda hadisənin intihar, yoxsa qətl olması istiqamətində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Teymur Muğanlinskinin ölümü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə, ölümündən iki gün əvvəl özünün facebook səhifəsində dostu Fariz Abbasovun yol qəzasında vəfat etməsi ilə bağlı statusu son günlər müxtəlif səhifələrdə paylaşılır. (musavat)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Daha bir körpə doğuş zamanı öldü

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: