Now Reading:
İntihar edən müəllimin məktubları açıldı: Oğul qatili olmaq istəmədim
Full Article 50 second read

İntihar edən müəllimin məktubları açıldı: Oğul qatili olmaq istəmədim



Quba rayon Xaltan kənd sakini, 55 yaşlı müəllim Bayram Seyidovun intiharın bəzi təfərrüatları məlum olub.

Oxu.Az xəbər verir ki, kəndin icra nümayəndəsi Akif Sultanov AzNews.az-a B.Seyidovun ölümündən əvvəl yazıb ailəsinə buraxdığı dəftərdəki qeydləri açıqlayıb.

“Prokuror bunu hamının yanında elan etdi. Yazıb ki, “intiharımın səbəbi oğlum Əjdər və yoldaşım Əminədir. Oğul qatili olmamaq üçün intihar edirəm”.

Yəni intihara səbəb ailədaxili münaqişə olub. Guya, oğlanlarından biri anası ilə atasına qarşı birləşib nəsə ediblər”. – deyə o bildirib.

A.Sultanovun sözlərinə görə, B.Seyidovun 4 oğlu, 1 qızı var: “Ailə münaqişəsi onunla oğlu və həyat yoldaşı arasında baş verib”.

Qeyd edək ki, Quba rayon sakini, uzun müddət rayonun Xaltan kənd bələdiyyəsinin sədri vəzifəsində çalışan Bayram Seyidov avqustun 19-da öz evində intihar edib. O, intihar edəcəyi ilə bağlı özünün feysbuk səhifəsində məlumat verib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: