İnternet xidmətləri vergiyə cəlb ediləcək

“Azərbaycan Vergilər Nazirliyi internet vasitəsilə göstərilən xidmətlərin vergiyə cəlb edilməsi məsələsi üzərində daha intensiv işləyəcək”.

Trend xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, elektron ticarətin vergiyə cəlb edilməsi məsələsi çoxdan gündəlikdə duran məsələdir və nazirlik artıq bir neçə ildir bu istiqamətdə ciddi işlər aparır.

O əlavə edib ki, bu, dünya miqyasında artıq uzun müddətdir mövcud olan, sabit bir trenddir:

“Bu, dünyanın bir çox ölkələrində var, artıq yanvarın 1-dən Rusiyada da tətbiqinə başlanılır”.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

“Parnik”çilər təşvişdə: “Mazut satışı da dayanıb, dedilər qiymət qalxacaq”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: