Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“İnstagram”dan daha bir yenilik

“İnstagram” fotoların dərcini sadələşdirib. ANS PRESS-in məlumatına görə, sosial şəbəkə üçün edilən son yeniləmədə təsvir prosesləri sürətləndirilib.

“İnstgram” proqramın ən təzə versiyası İOS istifadəçiləri üçün nəzərdə tutulub. Bu o deməkdir ki, indi hər kəs öz şəxsi səhifəsinə rahat şəkildə fotolar yükləyə biləcək. Bunun üçün istifadəçilər birbaşa “gallery” və ya “fotoredaktor” proqramına girərək istənilən şəkli “İnstagram”a qoya bilər.

Bu versiya artıq tam hazırdır. Sadəcə, hər kəs indi “İnstagram”ın son versiyasını yükləməlidir. Bundan sonra istədiyi şəkili seçərək, “paylaşmaq” düyməsini basmaqla, onu səhifəsində yerləşdirə bilər.

Təəssüf ki, bunu hazırlayanlar mühüm detalı nəzərdə tutmayıblar. Belə cəld yerləşdirmə ilə istifadəçilər şəkilləri redaktə etmək üçün quraşdırılmış filtr və digər alətlərdən istifadə edə bilməyəcəklər.

"İnstagram"a şəkil yükləmə

Bu ilin mayından “İnstagram” 6 ildir fəaliyyət göstərən loqosunu dəyişib. iOS və Android platformalarındakı yenilənmə isə “İnstagram”ın yeni görkəmə bürünüb.

Əslində, yeni loqo formasına görə köhnəyə oxşayır. Lakin kamera işarəsində bu dəfə daha dolğun rənglərdən istifadə edilib. Dəyişiklik ancaq görünüşdə olub. Şəbəkənin daxili xüsusiyyətlərindən heç birində fərq olmayıb.

"Instagram"ın yeni loqosu

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Sabahın hava proqnozu

%d bloqqer bunu bəyənir: