Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

”İnşaat bölməsində tənəzzül daha da dərinləşir”

İqtisadçı alim Qubad ibadoğlu ölkənin inşaat sektorundakı vəziyyətə dair fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. Onun yazdığını təqdim edirik:

“Azərbaycanın sənaye və ticarət sektorundan sonra üçüncü böyük bölməsi olan tikintidə böhran getdikcə dərinləşir. Bunu rəsmi statistik məlumatlar təsdiq edir. Dövlət Statistika Komitəsinin son açıqlamasına görə bu ilin 1-ci rübündə tikinti sektorunda məhsul və xidmətlər istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, 2016-cı ilin yanvar-mart aylarında əsas kapitala 2,88 milyard manat məbləğində vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz azdır.

Müşahidələr və təhlillər göstərir ki, tikintidəki tənəzzülün əsas səbəbi təkrar maliyyələşmə fazasının zəifləməsi, bank sektorunda kapital qıtlığının yaranması və dövlət sifarişlərinin kəskin azalması ıdır. Rəsmi məlumatlara görə, məhdudlaşdılmış fiskal siyasət nəticəsində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,3 faizini təşkil edib. Halbuki, ötən ilin eyni dövründə müvafiq göstərici indikindən 2 dəfə çox idi. Hazırkı şəraitdə inşaat sektorunda müşahidə olunan durğunluq tikinti materialları və inşaat texnikası bazarlarına da əhəmiyyətli dərəcədə mənfi təsir göstərməkdədir. Tamamlayıcı və əlavə aksesuarlar, eləcə də mebel sənayesi, hətta pərdə-tül istehsalı da inşaat sektorundakı böhranın əsas qurbanlarından sayıla bilər. Bununla yanaşı, tikintidəki böhranın mənfi nəticələrindən biri də inşaat bölməsində mövcud iş yerlərinin sürətlə bağlanmasıdır. Təhlillər göstərir ki, son 1 il ərzindən ən böyük işçi ixtisarı tikinti sektorunda qeydə alınıb. Onun da da başlıca səbəblərindən biri dövlət büdcəsindən investisiya xərclərinin maliyyələşdirilməsinin məhdudlaşdırılması və ölkədə ümumi iqtisadi durğunluğun mövcudluğudur. Hazırda daha çox regionlarda və hətta Bakı şəhərində də tikinti işlərinin əksəriyyəti dayanıb, işçilər öz hesablarına məzuniyyətə buraxılıb. Odur ki, inşaat sektorda hər hansı bir müsbət dəyişikliklər baş verməzsə bu işgüzar fəallığa və işziliyə ciddi şəkildə mənfi təsirlərini göstərəcək.

Son aylarda reallaşan Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması yaxşı təşəbbüs olsa da gecikmişdir. Bu agentliyin fəaliyyət konsepsiyası mənzil problemlərinin sosial həlli üzərində köklənsə də hələ bu sahədə əhəmiyyətli dəyişikliklərə imza atılmayıb”.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Neft bahalaşdı

%d bloqqer bunu bəyənir: