Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İngiltərə millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Roy Xocson istefa verib.

«Reuters» agentliyinin məlumatına görə, bu barədə R.Xocson AVRO-2016 çərçivəsində keçirilən İngiltərə-İslandiya oyunundan sonra deyib.

“Müqaviləmin müddəti iki ildən sonra bitir, lakin bügünkü məğlubiyyətdən sonra yalnız istefa verə bilərəm. Komandaya cavan mütəxəssis başçılıq etməlidir”, R.Xocson deyib.

Qeyd edək ki, İngiltərə yığması 1/8 finalda İslandiyaya 1:2 hesabı ilə məğlub olaraq Avropa çempionatını tərk etmək məcburiyyətində qalıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycan dünya çempionatı medalından məhrum edildi – RƏSMİ

%d bloqqer bunu bəyənir: