Loading...
Loading...

“İndiki şəraitdə 2017-ci ilin “Formula 1″-nə hazırlıq elan etmək xalqı ələ salmaq deyil?”

AXCP sədri Əli Kərimli Facebook səhifəsində ölkədə dərinləşən böhrandan və hökumətin əhalinin ağır durumuna laqeyid münasibətindən yazıb:

“Əziz həmvətənlər, aranızda hələ də Milli Şuranın 11 sentyabr mitinqində iştiraka tərəddüd edənlər var? Ancaq hakimiyyət tərəddüdsüz-filansız xalqı ələ salmaqda davam edir. Əvvəlcə çörəyin, suyun, elektrikin qiymətini qaldırdılar. Sonra ərzağın qiyməti sıçrayışla artdı və ticarətçilər topdansatışı, banklar da dollar satışını dayandırdı. Dollar “qara bazarda” 1.82 manatdan satılmağa başladı. Nüfuzlu”Moody’s” agentliyi bəyan etdi ki, “keçmiş sovet ölkələri arasında ən böyük maliyyə krizisi məhz Azərbaycandadır”. Xarici şirkətlər ölkəni tərk edir. Əhali yeni bahalaşma, qıtlıq, devalvasiyanın təşvişini yaşayır. Və belə bir vaxtda hökumət təcili islahat və anti-böhran tədbirləri elan ətmək əvəzinə nə edir? Çıxıb xalqı “muştuluqlayır” ki, gözünüz aydın, bir azdan 2017-ci ilin “Formula 1” yarışlarına hazırlığa başlayacağıq. Xalqı ələ salmaq deyilsə, bəs nədir?”

Azdliq.info

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Əbülfəz Qurbanlı:”11 Sentyabr mitinqi bir zərurətdir” – MÜSAHİBƏ

%d bloqqer bunu bəyənir: