Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İmtahanlarda dəyişiklik yoxdur

«Hazırda biz qəbul imtahanlarına hazırlaşırıq. Bütün qəbul qaydaları yanvar ayında çap olunub. Qəbul qaydalarına əsasən imtahanlar aparılacaq».

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu il üçün qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq: «İmtahanların keçirilmə və başlama tarixləri TQDK-nın rəsmi səhifəsində yerləşdirilib».

Dövlət başçısı İlham Əliyevin bu ilin aprelində imzaladığı sərəncamla Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb. M.Abbaszadə bu qurumun Direktorlar Şurasının sədri təyin edilib.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

DYP-nin terminalları iflic olub – FOTOLAR

%d bloqqer bunu bəyənir: