Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İmişli: ƏSMM direktoru prokuroru da eşitmədi – ŞİKAYƏT

İmişlinin Əli Məmmədov küçəsindəki 31 saylı evdə yaşayan Ağdam köçkünü, Qarabağ müharibəsi iştirakçısı və II qrup əlil Əliyev Yusif Əvəz oğlu 24saat.org-a şikayət məktubu yazıb. Onun sözlərinə görə, İmişli rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin rəisi Nofəl Atakişiyevdən şikayətçidir. Y.Əliyev bildirir ki, N.Atakişiyev rəis təyin olunandan sonra onun ailəsinə verilən sosial ünvanlı yardımı dayandırıb.

Y.Əliyev N.Atakişiyevin bu hərəkətini qanunsuz sayaraq bu barədə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova, Müdafiə naziri Zakir Həsənova müraciət edib və müsbət cavab ala bilməyib.
Y.Əliyev rastlaşdığı problemlər bağlı İmişli rayon prokuroru Pənah müəllimin qəbuluna gedib və ona şifahi şikayət etdib. Prokuror da onun şikayəti ilə əlaqədar N. Atakişiyevlə telefon əlaqəsi yardıb və məsələ ilə maraqlanıb. N.Atakişiyev prokurorla söhbət zamanı Y.Əliyevə sosial ünvanlı yardımın düşdüyünü etiraf edib. Prokuror isə N.Atakişiyevə deyib ki, Y.Əliyev müharibə əlilidir, qəlpəsini ayağından təzə çıxarıblar. Prokuror deyib ki, məmurların borcudur ki, həm məcburi köçkünlüyünə, həm əlilliyinə, təmənnasız olaraq millət, xalq, torpağ uğrunda vuruşduğuna görə ona köməklik etsinlər. Lakin N.Atakişiyev rayon prokurorunun zəngindən sonra da nəticə çıxarmayıb. Belə ki, Y.Əliyev prokurorluğdan çıxıb N.Atakişiyevin qəbuluna gedib. N.Atakişiyev prokurorun qəbuluna getməyini ona irad tutub. Y.Əliyev məsələ ilə bağlı Mehriban Əliyevaya və nazirlərə müraciət etdiyini deyəndə, N.Atakişiyev ona “Get kimə istəyirsən şikayət et, nazirlik mənə hər ay 10 nəfər ailəyə sosial yardım verir, sənə verə bilmərəm” deyib.

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Xəbərdarlıq: Azərbaycanın 72%-i internetsiz qala bilər

%d bloqqer bunu bəyənir: