Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
elil2

İmdad! İmdad! İmdad!

Vətəninfo.az-ın elektron ünvanına 1-ci qrup Qarabağ müharibəsi əlili Şəhadət Sarıyev tərəfindən müraciət daxil olub. Müracitəi olduğu kimi yayımlamaqla bərabə onu da qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarına qarşı belə bir əməli tutanlar və onları müdafiə edənlər vətən xaini olmaqla yanaşı,eyni zamada ən alçaq məxluqlar hesab edilməlidirlər.

Müraciətdə vurğulanır ki, noyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində, 30.10.2016-cı il tarixində Türkiyə vətəndaşı Okuklu Yılmazın lotu dəsdəsi ilə birlikdə 1-ci qrup Qarabağ müharibəsi əlili Şəhadət Sarıyevi ictimayyət arasında döyərək ən ağır təhqiredici söyüşlərlə alçaltmasına və onun hüquqlarını müdafiə etmək məqsədilə, KİV-nin nümayəndələrinin, Hüquq müdafiəçilərinin və Qarabağ müharibəsi əlillərinin birgə iştirakı ilə mətbuat konfransı keçirildi.

Mətbuat Konfrasında ilk oncə zərər çəkən, 1-ci qrup Qarabağ müharibəsi əlili Şəhadət Sarıyev başına gələn xoşa gəlməz hadisə haqqında ürək ağrısı ilə çıxış edərək qeyd etdi ki, mən ailəmizin güzaranını yaxşılaşdırmaq məqsədi ilə 2009–cı ildə, Nərimanov rayonu, 2062-2073-cü məhəllə, Akademik Ziya Bünyadov prospekti 77Q ünvanında yerləşən istifadəsiz torpaq sahəsini götürərək həmin yerdə ticarət köşkü tikərək ailəmi dolandırıram.

Türkiyə vətəndaşı Okuklu Yılmaz, 30.10.2016-cı il tarixində 5-6 nəfər “idmançı qoçu” dəsdəsi ilə, gözləmədiyim halda qara rəngli CİP markalı avtomobillərlə mənim dükanıma gələrək, mənə dükanımı boşaltmağa 1 saat vaxt verdi. Mən dükanımı boşaltmayacağımı bildirdikdə, Okuklu Yılmaz məni ağır təhqir edici söyüşlərlə söyərək ölümlə hədələdi və mənim onun əmrinə tabe olmadığımı görüb öz ətrafında hərlədiyi idmanıçı “qoçuları” ilə birlikdə məni yerə yıxaraq təpik-yumruq və əllərindəki

küt alətlərlə o dərəcəyə qədər vurdular ki, mənim huşumu başımdan çıxardaraq mənə kəllə beyin xəsarəti yetirdilər. Onlar sanki bilirdi ki, mənim məhz baş nayihəmdə müharibə xəsarətləri var, gözüm görmür, ona görədə xüsusilə başımdan xəsarətlər yetirir, ağır söyüşlərlə Qarabağ əlillərini təhqir edirdilər. Mən əlimdə əlil ağacı ilə nə qədər istədim özümü müdafiə edim bacarmadım. Ətrafda işləyən şəxslərin demək olar ki, hamısı işlərini atıb hadisə yerinə gəlmişdilər, onlara mane olmaq istəsələrdə mümkün olmurdu. Mən birdə gözümü açdım ki, artıq xəstəxanadayam, döyüş yoldaşlarım isə başımın üstə dayanıblar. Mən özümə ölüm azulayıram ki, belə təhqiramiz hərəkətlərə məruz qalmışam. Canımı qurban verdiyim öz elimdə, öz obamda, öz Vətənimdə ayaqaltında qalmışıq və bu cür ağır formada təhqir olunuruq. Ölüm min dəfə bundan yaxşıdır. Bilirsiniz bütün bünlar nəyin nəticəsidir!? Məhz Okuklu Yılmaz adlı Türkiyə vətəndaşı və onun təxminən 20 nəfərdən ibarət quldur dəstəsi əllərində dəmir və digər küt alətlərlə həmin 18 sentyabr 2016-cı il tarixdə də bizim obyektlərə basqın edib, qarşılarına çıxan hər kəsi birbaşa ölümünə döyməklə, ünvansız söyüşlərlə orada olan insanların hamısını təhqir etdilər. Qarşılarına nə çıxdısa darmadağın etdilər.

Bəli məhz bunun nəticəsidir ki, Yılmaz kimi quldurbaşı bizim üstümüzə ayaq açırlar. Bu gündə həmin Yılmaz və onun başının quldur dəstəsi öz qara işlərindədir. Yenədə istədiklərini edir və heç bir tədbir görülmür. Halbuki, bu cür hadisələrdə dərhal cinayət işi başlanmalı bu cür təhlükəli ünsürlər həbs edilməlidirlər ki, bizim üçün başqa təhlükələr olmasın. Çünki, heç kim təminat verə bilməz ki, Yılmaz və onun quldur dəstəsi növbəti hansı təhlükəli cinayətləri törədəcklər.

Mən artıq bilmirəm ki, hansı sözü, hansı ifadəni, hansı formada və hansı tonda işlədim ki, mənim şikayətimə baxsınlar. Bakı şəhəri, Nərimanov rayon 17- ci Polis bölməsinin rəisi Samir Həsənov aşkar şəkildə Qarabağ qazisini, iki gözündən zəlil olan Qarabağ müharibəsi əlilini vəhşicəsinə döyən və ağır formada bütün Qarabağ qazilərini ən ağır söyüşlərlə təhqir edən Yılmaz Okuklu adlı bir şərəfsizi müdafiə edir. Hətta həmin Yılmaz məndən əvvəldə dəfələrlə bizim vətəndaşları basıb döyüb, insanların şəxsiyyətini ləyaqətini alçaldıb, insanların sağlamlığına ciddi zərər vurub, məhz 17-ci Polis bölməsində həmin bölmənin rəisi Samir Həsənovun havadarlığı ilə həmin işlər üzrə də cinayət işi başlanması rədd olunub. Kimdir bu Yılmaz Okuklu adlı yolunu tam azmış şəxs ki, 17- ci Polis bölməsinin rəisi Samir Həsənov onu bu cür doğma qardaşı səviyyəsində müdafiə edir, hətta ona görə Qarabağ əlillərini aşağılayır, şantaj edir!? 17-ci Polis bölməsinin rəisi Samir Həsənov aşkar mənə bildirdi ki, Yılmazın və onun qoçularının arxasında o, dayanıb, gedin nə qələt edirsiniz edin, nə pox yeyirsiniz yeyin. Elə etməyin ki, sizin üstünüzdən və cibinizdən narkotik və tapança çıxardım. Hətta həmin Samir Həsnov Nərimanov rayon ekspertiza şöbəsinə birbaşa təzyiq göstərib Yılmaz və onun 5 nəfər qoçusuna bədən xəsarətləri yazdırıb ki, güya mən onları döymüşəm. Halbiki, mənim iki gözümdən yalnız biri 15 faiz görür, o, da ayağımın altını zorla seçirəm. Mən bu vəziyyətdə kimi döyər və ona xəsarət yetirə bilərəm ki,!? Uzaq başı özümü müdafiə üçün əl-ayaq ata bilərəm. Bu şəxs güya Azərbaycanda iş adamı kimi fəaliyyət göstərir.

Lakin tam əksinədir. Həmin adam Azərbaycanda reketliklə məşğul olur, Başında təxminən 20 nəfər idmançı, boynuyoğun gədələr düşüblər insanların canına. Kimi harda gəlir döyür, sındırır, məhv edirlər. Hazırda təxminən 200 nəfər şəxsin çalışdığı obyektləri bağlayıb ki, güya həmin obyektlər hamısı ona məxsusdur və heç kim ondan icazə almadan həmin yerə girə bilməz. Həmin qurbanlardan biridə mən olmuşam. Mən buna etiraz etmişəm, Yılmaz və onun qoçuları məni ölüm vəziyyətinə qədər döydülər.

Mən Vətənimiz üçün, Millətimiz üçün, Torpağımız üçün can vermişəm. Çünki bunların hamısı mənim namusumdur. Mən Namusumu qorumuşam. Nəticədə sağlamlığımın 80 faizini itirib, I qrup əlil olmuşam. Bu gün isə günün günorta çağında milləti, dini, məssəbi bilinməyən bir quldur dəstəsi gəlib məni iş yerimdə vəhşicəsinə ölümünə döyür, məni və bütün Qarabağ qazilərini son dərəcə ağır ifadələrlə təhqir edir, lakin bu quldurlara gözün üstə qaşın var deyən yoxdur. Əksinə onlarla hər yerdə yuxarı başda yer göstərirlər, onlara xüsusi ehtiram göstərirlər.

Tədbirdə iştirak edən, hüquq müdafiəçiləri Azər Səfərov, Ilham Təhməzov, Atəş Hüseynov, 2-ci qrup Qarabağ Müharibəsi əlili Elşən Məhərrəmov, 2-ci qrup Qarabağ Müharibəsi əlili, Rövşən Rəsulov, 2 şəhid atası məhərrəm Məmmədov, Məhərrəm Nəbiyev, Xocalı rayonundan olan və ermənilərə əsir düşmüş Vüqar Nəcəfov və başqa Qarabağ müharibəsinin əlilləri çıxış edərək, 1-ci qrup Qarabağ müharibəsi əlili Şəhadət Sarıyevə qarşı edilən haqsızlığa son qoyulması üçün, Okuklu Yılmazın lotu dəstəsi ilə birlikdə Qarabağ uğrunda döyüşərək əlil olmuş Qarabağ əlilini ictimayyət arasında döyərək ən ağır təhqiredici söyüşlə alçaltmasını müharibə əlilərinə qarşı hörmətsizlik və təhqir olduğunu vurğuladılar.

Çıxış edənlər çıxışlarının sonunda, Okuklu Yılmazın Qarabağda torpaqlarımızın bütövlüyü uğrunda döyüşərək 1-ci qrup əlil olaraq sağlamlığını itirmiş Şəhadət Sarıyevi ictimayət arasında təhqir edici sözlərlə alçaltdığına və ölkəmizdə yan-yörəsinə idmançı “qoçu” dəstəsi yığaraq törətdiyi cinayətinə görə, “qoçu”- ları ilə birlikdə cinayət məsuliyyətinə cəlb olunaraq, Azərbaycandan deportasiya olunmasını və Bakı şəhər, Nərmanov Rayon 17-ci Polis bölməsinin rəisi Samir Həsənovun vəzifə səlayihətlərinin aşaraq cinat törətmiş dəstəyə havadarlıq etməsinə son qoyulması üçün adiyyəti orqanların rəhbərlərininin nəzarətinə götürülərək lazımi tədbirlər görülməsinin vacib olduğunu bildirdilər.

Mətbuat konfransının sonunda 1-ci qrup Qarabağ müharibəsi əlili Şəhadət Sarıyev qarşı edilən haqsızlığa son qoyulması üçün, Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova,Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubova, Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Firudin Nəbiyevə və Türkiyyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab İsmayıl Alper Coşquna mətbuat vastəsi iləaçıq məktubla şikayət ərzəsi ilə Müraciət edərək xahiş edirlər ki, bu xoş gəlməz cinayət işi və Bakı şəhər Nərimanov rayon 17-ci Polis bölməsinin rəisi Samir Həsənovun vəzifə səlahiyətlərinin aşmasına dair əməlləri adiyyəti orqanların rəhbərlərinin nəzarətinə götürülsün və lazimi tədbirlər görülməsi üçün təcili müvafiq göstəriş verilsin.

Vətəninfo.az



24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

18+ yaş həddini aşanların həzz alacağı – FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: