Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
im

İlqar Məmmədovun şikayətinə baxılacaq

Noyabrın 18-i Ali Məhkəmə REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovvə Müsavat Partiyası başqan müavini Tofiq Yaqublu ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinə baxacaq.

REAL Hərəkatının sosial şəbəkələrdəki səhifələrində məhkəmənin ədalətli qərar verəcəyinə ümid ifadə edilir.

“Ümid edirik ki, nəhayət bu dəfə İlqar bəy üçün ədalət bərqərar olunacaq!”, deyə qeyd olunur.

İ.Məmmədovun vəkillərindən Cavad Cavadov isə yazır ki, siyasətçinin həbsdən azad edilməsinə inanmır:

“İlqar Məmmədovun həbsdən azad edilməsini 99,99 faiz istisna edirəm”.

Vəkilə görə, Ali Məhkəmə ya işi qeyri-müəyyən vaxta yenidən təxirə salacaq, ya qərarı qüvvədə saxlayacaq, ya da qərarı ləğv edib işi yenidən Şəki Apelyasiya Məhkəməsinə göndərəcək.

İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaqdan ötrü Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Həmin ilin noyabrında AİHM T.Yaqublunun şikayətini də təmin edib.

Bu ilin martında isə T.Yaqublu prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Ancaq bu il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İlqar Məmmədov, hələ də, həbsdədir.

Azadliq.info

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Elmar Məmmədyarov Ermənistan XİN rəhbəri ilə görüş təklifini qəbul etdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: