Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İlqar Məmmədov haqda qərar açıqlanacaq

Şəki Apelyasiya Məhkəməsində Real Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun şikayəti üzrə baxış iclası keçirilib.

REAL icra katibi Natiq Cəfərlinin Bizimyol.info saytına verdiyi məlumata görə, vəkillər İlqar Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət versələr də, məhkəmə təmin etməyib və bildirib ki, bu vəsatət məhkəmənin yekun qərarında nəzərə alınacaq.

Prosesdə İlqar Məmmədov və Tofiq Yaqublu çıxış edərək, günhasız olduqlarını və siyasi fəaliyyətlərinə görə həbs edildiklərini bildiriblər.

Müdafiəçilər də hər iki şəxsə bəraət verilməsini xahiş ediblər. Məhkəmə müşavirəyə çıxıb və bildirilib ki, qərar bir neçə gündən sonra elan ediləcək.

İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Xatırladaq ki, T.Yaqublu Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Avropa Parlamentində Ermənistan işğalçı adlandırıldı

%d bloqqer bunu bəyənir: