Now Reading:
İlqar Məmmədov həbsdə saxlanıldı – ÖZƏL
Full Article 50 second read

İlqar Məmmədov həbsdə saxlanıldı – ÖZƏL

Bu gün Şəki Apellyasiya Məhkəməsində REAL hərəkatının sədri İlqar Məmmədovun işi üzrə proses davam etdirili
24saat.org-un məhkəmədə iştirak edən müxbiri xəbər verir ki, hakimlər gözlənilənin əksinə olaraq İlqar Məmmədovun həbsdə saxlanılmasına dair qərar qəbul ediblər.


Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İ.Məmmədov apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq onu qismən təmin edib və işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Onu da qeyd edək ki, beynəlxalq təşkilatlar, eləcə də ABŞ hökuməti və Avropa İttifaqı İ.Məmmədovun azadlığa buraxılmasını tələb edirlər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: