24 saat

İlqar Məmmədov bu gün azad olunacaqmı?


Bu gün Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun barələrində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılacaq.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərarın elan olunacağı gözlənilir.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

T.Yaqublu bu il əfvlə azadlığa buraxılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: