24 saat

Ilk qızıl cüdoçu Ramil Qasımovdan gəldi


Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb. 

Cüdoçumuz Ramil Qasımov mötəbər turniri qələbə ilə başa vurub.

Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.

Qeyd edək ki, yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev mübarizəni “gümüş”lə başa vurmuşdu.

Apasport.az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: