Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İlin sonunda manatı gözləyən təhlükə…

“ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) sentyabrın 20-21-də keçirdiyi toplantısında gözləniləntilə doğruldu. Əvvəlcədən proqnozlaşdırıldığı kimi uçot dərəcələri qaldırılmadı. Amma buna baxamayaraq, FED-in direktoru Canet Yellen bəyanata çıxış edərək, bildirdi ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur, lakin hələ ki gözləməyə qərar verdik, çünki, iqtisadiyyatın, o cümlədən əmək bazarının daha da möhkəmlənməsinə dair yeni məlumatlara ehtiyac vardır”. Bizimyol.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu FED-in dolların məzənnəsi ilə bağlı qərarını şərh edərkən bilidirib.
Ekspertin sözlərinə görə, iyun ayından başlayaraq ABŞ-da işsizlik səviyyəsi demək olar ki, dəyişməz qalıb, cəmisi 4.9 faiz təşkil edib, bu may ayı ilə müqayisədə 0,2 faiz çox olsa da , bu ilin yanvar ayı ilə eyndir. “İnflyasiyaya gəlincə, bu ölkədə avqust ayında illik inflyasiya 1,83 faiz təşkil edib, bu ötən ilin avqustu ilə müqayisədə 0,23 faiz çoxdur. İnflyasiyanı artıran amillərdən biri də ev təsərrüfatlarının xərclərinin artmasıdır”.
Q.İbadoğlu xatırladıb ki, FED-in Federal Açıq Bazar Komitəsinin bu il ərzində 2 toplantısı nəzərdə tutulur: 1-2 noyabr və 13-14 dekabr. Böyük ehtimalla bundan sonrakı iki toplantıdan birində uçot dərəcənin artırılmasına qərar veriləcək. Çox güman ki, bununla bağlı qərar 13-14 dekabr toplantısında elan ediləcək. Belə ki, həmin iclasda həm də ABŞ iqtisadiyyatı ilə bağlı proqnozların xülasəsi hazırlanacaq və yenidən FED-in direktoru Canet Yellen bəyanata çıxış edəcək”.
Ekspert qeyd edib ki, FED-in gözlənilən qərarının Azərbaycan manatına psixoloji təsiri ilin sonunda daha yüksək olacaq. “Fikrimcə, bu ilin son aylarında, xüsusilə də noyabr və dekabr aylarında manatın durumu indikindən çətin olacaq. Çünki, ilin sonunda xarici öhdəliklərin icrası ilə bağlı şirkətlərin və bankların valyutaya ehtiyacları, eləcə də dövlət büdcəsinin xərcləmələrinin çoxalması bazara təzyiqi kəskin artıracaq”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Hər kiloqram xam pambığa görə subsidiya veriləcək – SƏRƏNCAM

%d bloqqer bunu bəyənir: