Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İlin ən qalmaqallı məhkəmə prosesi təxirə düşdü – Vəkildən imtina etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov və 3 əməkdaşının məhkəmə prosesi təxirə düşüb.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı Səlim Məmmədovun vəkili Cavid Rzazadə verib. Vəkil bildirib ki, Bakı Hərbi Cinayətlər Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas təxirə salınıb.
Buna səbəb isə A.Çovdarovun vəkili Sadiq Rəsulovun prosesə qatılmaması olub. General Çovdarov isə dövlət tərəfindən təyin olunan vəkildən imtina edib.
Məhkəmə prosesi oktyabrın 4-də davam etdiriləcək.
***
Akif Çovdarov prosesdə deyib ki, cinayət işi ilə tanış ola bilməyib: “İstintaq başa çatdıqdan sonra 56 cildlik cinayət işi ilə tanış olmaq üçün mənə cəmi 18 gün vaxt verildi. Süni şəkildə məni tanış olmağa məcbur etdilər”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Nardaran dustağı” mitinqə çağırışa görə “karsa” salınıb

%d bloqqer bunu bəyənir: