Loading...
Loading...

“İlham Əliyevlə isti dostluq münasibətimiz var”

“Ukrayna və Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial var”.

“İnterfaks-Ukrayna” xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Bakıda keçirilən Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasında deyib.

 

“Xalqlarımız arasındakı münasibətlərdə böyük potensial var. Hətta deyərdim ki, prezidentlər arasında isti və dostluq münasibətləri mövcuddur. Biz fəal danışıqlar prosesindəyik”, – deyə P.Poroşenko bildirib.

 

Onun sözlərinə görə, tərəflər arasında əldə olunan bütün razılaşmalar qətiyyətlə təşviq edilir və həyata keçirilir.

 

Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından Ukrayna prezidentinin Bakıya səfərinin önəmini qeyd edib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İran Qarabağ danışıqlarına görə narahatdır

%d bloqqer bunu bəyənir: