Loading...
Loading...

İlham Əliyevin verdiyi qərarların gömrüyə təsiri nə olub?- Şərh

Özəl bölmənin ixracatdakı payı 28,4 faiz azalıb

Xarici ticarətlə məşğul sahibkarların sayı son bir ildə iki dəfə artıb.

Ekspertlər bunu təsadüfi saymasalar da, məsələnin mahiyyətinə baxışda fikirləri haçalanır.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) açıqladığı statistikaya görə, ilin ilk yarısında xariclə alış-veriş aparan özəl şirkətlərin sayı 2 min 600-dən 3 min 800-ə çatıb. Eyni işi görən dövlət müəsssisə və təşkilatlarınınsa sayı dəyişməyib: istər keçən il, istərsə bu ilin ötən müddətində bu işlə 193 dövlət qurumu məşğul olub.

«Qərarlar idxal inhisarçılığını bir balaca zəiflədib»

Xarici ticarətlə məşğul fiziki şəxsləri sayı sözügedən dövrdə 2 mindən 4 min 700-ə yüksəlib. Bunların bir qismi sərhədyanı ticarətlə məşğul olan, əsasən, öz şəxsi ehtiyacları üçün qonşu dövlətlərdən (İran, Rusiya və Gürcüstandan) ərzaq və istehlak malları alıb gətirən şəxslərdir. DGK onlardan da gömrük rüsumları alır.

İqtisadçı Nazim Bəydəmirli AzadlıqRadiosuna biznes iştirakçılarının say artımını şərh edərkən belə deyir:

«Ötən ilin sentyabrından bəri ölkənin gömrük sərhədlərində şəffaflığın artırılması barədə prezident İlham Əliyevin verdiyi qərarlar idxal inhisarçılığını bir balaca zəiflədib».

Ekspertin fikrincə, neftdənkənar məhsulların ixracatına görə ixrac təşviqinin ödənilməsi (malın dəyərinin 3 faizindən az olmayaraq) bu sahədə canlanma yaradacaq.

«İndi, görünür… kim gətirirsə, onun da adına rəsmiləşdirilir»

İqtisadçı Natiq Cəfərli də xarici ticarət iştirakçılarının sayca çoxalmasını Azərbaycan gömrüyündə inhisarsızlaşdırma və şəffaflığın artması ilə bağlayıb. Amma onun bu məsələyə həmkarından ciddi şəkildə fərqlənir:

«Əvvəllər də Azərbaycana istehlak mallarını, tikinti materiallarını və s.-i çox sayda şirkət gətirərdi. Gömrükdə isə brokerlər vasitəsilə mal idxalçının deyil, bəzi şirkətlərin adına rəsmiləşdirilərdi – bunu ölkədə bilməyən yoxdur. İndi, görünür, ənənəyə son qoyulub, kim gətirirsə, mal elə onun adına rəsmiləşdirilir».

«İxracatçı sayı artıb, amma ixracat azalıb»

Maraqlıdır ki, idxal-ixrac əməliyyatlarında özəl şirkət və sahibkarların sayı artsa da, onların ixracatdakı payı ciddi ölçüdə azalıb.

İlin birinci yarısında özəl şirkətlər 390,8 milyon, fiziki şəxslərsə 123,1 milyon ABŞ dolları məbləğində mal ixrac ediblər. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə özəl bölmənin ixracatdakı payı 717 milyondan 514 milyon dollara enib. Başqa sözlə, 28,4 faizlik azalmadan söhbət gedir. Hərçənd, bu dövrdə gömrükdə Azərbaycan mallarının ixracı ilə bağlı təqdim olunan bəyannamələrin sayı 18 faiz artaraq 23 mini keçib və xaricə satılan mallarını çeşidi 1647-dən 2 min 60-a çatıb.

Azadlıq Radiosu

 

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Dollar bir az da BAHALAŞDI

%d bloqqer bunu bəyənir: