Loading...
Loading...

İlham Əliyevin hakimiyyət içindəki düşməni Əli Kərimlinin evi qarşısında nə axtarırdı?

Proseslərin bir-birini sürətlə əvəzləməsi, baş verənlərin alt qatında yatan mətləblərin qaranlığı başları nə qədər dumanlandırsa da, əslində nəyin niyə baş verdiyini anlamaq o qədər də çətin olmamalıdır. Bunun üçün isə son bir ay ərzində yaşananları təkrar yada salmaq, hansı olaylardan sonra hansı hadisənin baş verdiyini xatırlamaq, bunlar arasındakı səbəb-nəticə ardıcıllığını tapmaq ağlabatan izahatlara ipucu verə bilər. Beləliklə, cəhd edək…

Ondan başlayaq ki, martın 17-də Azərbaycan prezidenti 148 məhkumu, o cümlədən siyasi məhbus kimi tanınan 14 nəfəri əfv etdi. Bundan başqa, jurnalist Rauf Mirqədirov Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxıdı. Martın 28-də isə Ali Məhkəmənin İntiqam Əliyevin azad edilməsi haqda qərarına şahidlik etdik.

Xatırladaq ki, bu, ölkədəki siyasi məhbus problemini həll etməsə də, doğrudan da irəliyə doğru atılmış mühüm addımlardan sayılmalıdır. Bunu ABŞ, Fransa və digər Qərb dövlətlərinin sözügedən əfv sərəncamını alqışlayan mövqeyindən də görmək olurdu. Siyasi məhbusların bir qisminin azadlığına qovuşması eyni zamanda ölkədəki iqtidar-müxalifət münasibətlərində də dönüş nöqtəsinə çevrilə bilərdi. Hər halda etiraf olunmalıdır ki, həmin olaydan sonra aparıcı müxalifət partiyaları da prezidentin məlum addımını təqdir edən açıqlamalara imza atdılar.

Baş verənlər böyük anlamda Azərbaycan hakimiyyətinin Qərbin siyasi təsisatları ilə kompromisli anlaşmaya getməsinin də təzahürü kimi də nəzərdən keçirilə bilər. Görünür, elə bu məqam hakimiyyət içindəki anti-qərb düşərgəsini hərəkətə gətirdi və onların ilk növbədə ölkə başçısı İlham Əliyevə açdıqları “cavab atəşi” aranı yenidən qatmış oldu.

Bu isə artıq mediada “4 günlük müharibə” şərti adını almış qanlı münaqişədən dərhal sonraya təsadüf etdi. Rusiyanın Prezident Adminstrasiyasındakı “düşünən başı” bu dəfə həm qismən istiləşən Qərb-Azərbaycan, həm də iqtidar-müxalifət münasibətlərinə sarsıdıcı zərbə planlamışdı. Plan nə qədər bəsit, əxlaqdan kənar olsa da işə yaradı. Bəli, söhbət AXCP sədri Əli Kərimlinin evi qarşısında PA tərəfindən gerçəkləşdirilən “aksiyalardan” gedir.
Siyasi məhbusların azadlığa çıxmasının bir həftəsi tamam olmamış PA-dakı “gizli əl” İlham Əliyevlə ölkə müxalifəti arasındakı xəyali körpünü uçurmağı bacardı. Hər halda, aksiyanı kimin təşkil etməsindən aslılı olmayaraq yaşanan biabırçılıq İlham Əliyev hakimiyyətinin aktivinə yazıldığından baş verənləri məhz belə qiymətləndirmək olar: İlham Əliyevin hakimiyyət içindəki düşməni Əli Kərimlinin evi qarşısında həm də ona, onun Qərbin tövsiyyələri qarşısında qismən yumşalan siyasətinə meydan oxuyurdu.

Çıxarılan dərs isə bu oldu ki, Azərbaycan hakimiyyətində təkcə İlham Əliyevin iradəsi hakim deyil, PA-dakı “gizli əl” lazım bildiyi məqamda ölkə birincisini özüylə hesablaşdırmaq gücünü itirmədiyini hər fürsətdə sübut etməkdədir.
Şahin
24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İqtidarın fərari gəncləri : deputat, nazir və daha kimlər…

%d bloqqer bunu bəyənir: