Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
16286

İlham Əliyevin gəlişi adı ilə Füzulidə pul yığılır – Faktlar

Füzuli rayonunda prezidentin gəlişi adı ilə idarələrdən pul yığmağa başlandığını bildirmişdik və siyahını təqdim edəcəyimizi söyləmişdik.

Şöbələrdə yığım mövsümü

24saat.org-a verilən məlumata görə, rayon Mədəniyyət şöbəsinin müdiri və onun mühasibi musiqi məktəblərinin bir aylıq maaşı həcmində pul yığmaq üçün direktorlara tapşırıq verib.
Mədəniyyət və Turizm Nazirliyi də nəyinsə xətrinə Elman Məmmədova dinmir. Rayon təhsil şöbəsində isə Şadiyyə Qəhrəmanovanın rəhbərliyi altında yeni metodlarla pul yığılır.
Burada pul yığımının birinci variantı Təhsil Nazirliyi tərəfindən 5 yaşlılar üçün nəzərdə tutulub. Dövlət tərəfindən maliyyələşən qrupların açılması üçün hər məktəbdən 800-1000 manat istənilir.

İkinci variant isə məktəblərə xəstə uşaqların verilməsidir. Nəzərə alsaq ki təhsil şöbəsində Ş.Qəhrəmanova hər şagird üçün 250-300 manat istəyir, o halda direkorlar razılaşmaya bilmir.
Çünki il boyu onlar bir şagird üçün bir aklat pulu asanca alır və mənimsəyirlər. Rayonda elə məktəblər var ki orada 90-100 şagird var.

Bunlardan da 6-7 si xəstə uşaqdır. Burada rayon rəhbəri Alı Alıyev istər təhsilə, istərsə də səhiyyə şöbəsinə elə imkan yaradıb ki hər iki şöbə zəhmət çəkmədən buradan pul yığır.
İndisə yığım prezidentin gəlişi adı ilə başlanıb. Aydın deyil ki, ölkə başçısının səfərinin bununla nə kimi əlaqəsi var?!

Başçının apteklərində şıdırğı biznes

Səhiyyə şöbəsinin yeni müdiri təyin olunmuş Natiq Əliyev də şagirdlərə xəstəlik arayışı vermək üçün bazar açıb. O bütün xəstəlik arayışlarını valideynlərə 200-250 manata satır.
Səhiyyə şöbəsinin digər pulyığma maxinasiyasından biri də prezident tərəfindən imtiyazlı xəstələr üçün ayrılmış dərman vəsaitləri biznesə çevirməsidir.

Bu dərmanlar başçının həyat yoldaşının şəhərdəki aptek şəbəkələrində satılmasıdır. Son dövrlərdə Füzuli sakinlərindən birinə də olsun imtiyazlı dərman paylanmayıb.

Məlumatda o da bildirilir ki, referendumdan az qala bir aya yaxın vaxt keçdiyinə baxmayaraq hələ də məntəqə sədrlərinin və üzvlərinin onlara çatacaq əmək haqları verilməyib.
Ətraf rayonlar bu pulları öz kartları ilə aldığı halda Füzulidə dairənin sədri başçının həmkəndlisi və qohumu Ramiz Teymurovdur.

O, məntəqə müdirlərini çağıraraq bildirib ki bütün məntəqə üzvlərinin pulunu bir karta məntəqə sədrlərinin üstünə vuracağıq. O da həmin pulu alıb mənə çatdıracaq. MSK nın tapşırığıdır.

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Qubad İbadoğlu: “Manat ucuzlaşmağa məhkumdur”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: