Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
asvalt.jpg

İlham Əliyevin 13 milyon ayırdığı yol belə çökdü

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb. Bu barədə məlumatı salamnews.org yayıb.

Bildirilir ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyatı qurumlar gəliblər.

Məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır.

“Azadlıq”ın araşdırmaları zamanı bəlli olub ki, ölkə başçısı İlham Əliyev bu yolun çəkilişinə 2013-cü ildə 2 milyon, 2014-cü ildə 6 milyon 100 min, 2015-ci ildə 3 milyon, 2016-cı ildə isə 2 milyon 100 min manat vəsait ayırıb. Beləliklə, dağılmış yola üst-üstə 13 milyon 200 min manat pul ayrılıb. Həticə isə göz qabağındadır.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Şəhərdə böyük tıxac yaranıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: