Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
vaq

İlham Əliyevin ən bərbad kadrının tükürpədən – Dosyesi

Prezident İlham Əliyevin ən bərbad, yarıtmaz və etimadı doğultmayan kadrı Beyləqanın icra başçısı Vaqif Abdullayev sayıla bilər.

Çünki onun adı bütün ağılasığmaz işlərdə hallanıb. Beyləqanda ən kuryoz və analoqsuz hadisələr, rəzil addımlar məhz onun rəhbərliyi altında baş verib.

Satılan kanalizasiya və 90 minlik tualet

24saat.org “ilin icra başçısı” nominasiyası üzrə adı biabırçı qalmaqallarda hallanmış Vaqif Abdullayevin dosyesini hazırlayıb. Gəlin arxivə nəzər salaq:

Əvvəlcə, rayonun ərazilərini qarış-qarış satan V.Abdullayev bu azmış kimi, şəhərin kanalizasiya xəttinin üstünü peşkəş edib. Hazırda kanalizasiya xəttinin üstündə ticarət obyekti tikilir.

Ticarət obyektini Beyləqan ərazisində yerləşən N saylı hərbi hissənin kadrlar şöbəsinin rəisi Səfərov Yaşar tikdirdiyi və həmin ərazini ona Vaqif Abdullayev tərəfindən satıldığı bildirilir. Bu faktı üzə çıxması rayonda səs-küyə səbəb olub.

Kanalizasiya xəttinin üstünü satan icra başçısı sonra 90 minlik tualet tikdirməsi və təntənəli açılış mərasimi ilə diqqət mərkəzinə gəlir.

Rəsmi xəbərdə deyilir ki, Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb.

Azərbaycan tarixində ilk dəfə tualetin təmtaraqlı açılış mərasimi baş tutub. Sosial şəbəkədə yayılan fotolara görə, mərasim Beyləqan rayonunda baş tutub.

Belə ki, Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşaq – yəni tualet istifadəyə verilib. Açılış mərasimində orta məktəbin müəllim və şagird kollektivi və yerli icra akimiyyətinin nümayəndələri iştirak ediblər.

Dələduz qohumlar və həkimlərin pambıq yığımı, süpürgəçiliyi

24saat.org yada salır ki, ötən həftə Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yunis Abdullayevin həbs olunması xəbəri yayıldı. Eyni zamanda, icra başçısının digər qardaşı oğlu Yalçın Abdulayev də dələduzluqda ittiham olundu.

Bu barədə mətbuata ilk olaraq vəkil Adəm Məmmədov açıqlama verdi. Onun sözlərinə görə, bu dələduzluq faktı əvvəlcədən planlı şəkildə qurulub: “Xəyyam Nazim oğlu Balayevin vasitəçiliy ilə Yalçın Abdullayev Əziz Əliyevin, Eyyub Huseynovun və Mahirə Süleymanovanın xeyli miqdarda pulunu mənimsəyib, əmlaklarını öz adına keçirib.

Belə ki, Xəyyam Balayev adlarını çəkdiyim şəxslərin dostu olub. O, bu işi Yalçın Abdullayevlə birlikdə hazırlayıblar. Xəyyam Balayev Eyyub Hüseynova deyib ki, mənim Sahib Əliyev adlı tanışım var, sən dörd evini onun adına girov qoy, etibarnamə ver, bunun müqabilində o, sənə 150 min pul verəcək. Sahib Əliyevə verilən etibarnamə ilə Eyyub Hüseynovun dörd evi 12 saylı notariusda Yalçın Abdullayevin atası Sabir Abdullayevin adına keçirilir”.

Vəkilin dediyinə görə, Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin digər qardaşının Yunis adlı oğlu da dələduzluq edib.

Bundan başqa, yaxın günlərdə isə prezident İlham Əliyevin Beyləqan rayonuna səfəri gözlənilir

Bu barədə mətbuatda yayılan xəbərlərdə deyilir ki, səfərlə əlaqədar rayondakı bütün idarə və təşkilatların işçilərini bir həftədən çoxdur abadlıq işlərinə cəlb ediliblər.

Bu işdə ən böyük zərbə səhiyyə işçilərinə dəyib. Belə ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başcısı Vaqif Abdullayevin göstərişi ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasının işçiləri səfərbər olunub.

Tibb işçiləri aramsız olaraq küçələrin süpürülüb təmizlənməsinə, küçələrdə ağacların rənglənməsinə, küçə bardorlarının və küçələrdəki işıq dirəklərinin yuyulması və rənglənməsi kimi işlərə cəlb ediliblər. Bu faktı təsdiqləyən fotolar da yayılıb.

Beyləqanda tibb işçiləri daha əvvəl də pambıq yığımına cəlb olunmuşdu. Onu da eyək ki, ölkənin ən çox adı qalmaqallarda və mənimsəmə faktlarında hallanan icra başçılarından biri olan Vaqif Abdullayev barədə mediada yeni ittihamla üzləşib.

Belə ki, Beyləqan müəllimlərindən və tibb işçilərindən daxil olan məlumata əsasən Beyləqanın icra başçısı onların pambıq pulunu mənimsəyib və dədə malı kimi cibinə qoyub.

Bildirilir ki, Beyləqan şəhər məktəblərinin müəllimləri və Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı məcburi şəkildə pambıq yığımına cəlb olunub.

Onlara bildirilib ki, yığdıqları pambığın pulunu 15 qəpikdən alacaqlar. Şikayət məktubunda göstərilir ki, ağır hava şəraitində min cür əziyyətlə Beyləqan şəhər məktəblərinin müəllimləri 8 ton,

Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı isə 3 ton pambıq yığaraq, (cəmi 11 ton), təhvil veriblər. Bundan sonra isə müəllim və tibb işçiləri onlara yığdıqları pambığın pulunu istəsələr də, onlara deyilib ki, pambığın pulunu icra başçısı götürüb.

Qeyd edək ki, 11 ton pambığın 0,15 manatdan qiyməti 1650 manat edib. Yəni faktiki olaraq Vaqif Abdullayev müəllimlərin 1200 manatını, tibb işçilərinin isə 450 manatını ata malı kimi cibinə qoyub.

Maraqlıdır ki, müəllim və tibb işçiləri pambıq yığarkən icra başçısı da yaxasına fartuk taxaraq pambıq yığarkən şəkil çəkdirib. Aşağıda təqdim etdiymiz həmin şəkil ölkə mətbuatında da dərc olunub.

24saat.org

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Tramp Cavid Qurbanovun planlarını necə alt-üst etdi? – Təfərrüat

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: