Loading...
Loading...

İlham Əliyev təcili prezident seçkisinə gedir – 22 dekabr 2016-cı il

Sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bitdikdən dərhal sonra Azərbaycan növbədənkənar prezident seçkisi elan ediləcək.

Bu barədə İstiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, referendumla bağlı MSK-nın yekun qərarı Konstitusiya Məhkəməsində təsdiqləndikdən sonra növbədənkənar prezident seçkisi elan ediləcək: “Qanunla MSK referendumun yekun nəticələrini 10 gün müddətində elan etməlidir. Yekun nəticələr də 10 gün müddətində Konstitusiya Məhkəməsində təsdiqlənməlidir. Yəni ən geci oktyabrın 16-a qədər referendumla bağlı bütün hüquqi prosedurlar yekunlaşır və yeniləşmiş konstitusiya qüvvəyə minir. Bundan dərhal sonra dövlət başçısı növbədənkənar prezident seçkisini elan edir və ilin sonuna seçki gününü təyin edir. İlkin məlumatlara görə, görə prezident seçkisi dekabrın 22-də keçiriləcək”.

Məlumatda deyilir ki, yeniləşmiş konstitusiya növbədənkənar prezident seçkisini zəruri və qaçılmaz edir: “Sentyabrın 26-da səsverməyə çıxarılacaq layihədə keçid müddəaları əksini tapmayıb. Əgər keçid müddəaları olsaydı və orada göstərilsəydi ki, “yeniləşmiş konstitusiya səlahiyyətləri indiki konstitusiya ilə seçilmiş prezidentə də şamil edilir”, onda növbədəkənar prezident seçkisinə ehtiyac qalmazdı. Ona görə də referendumdan sonra hazırkı dövlət başçısı yeni səlahiyyətlərinin icrasına başlaya başlaya bilməz. Məsələn, yeniləşmiş konstitusiyada nəzərdə tutulan vitse-prezidentlik institutunun yaradılması ilə bağlı fərman verə bilməz. Bu səlahiyyət referendumdan sonra seçiləcək prezidentə məxsus olacaq. Ona görə də növbədənkənar prezident seçkisi vacibdir”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Əli Kərimlidən mesaj: “Özümüzə səs istəmirik”

%d bloqqer bunu bəyənir: