Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İlham Əliyev sərəncam imzaladı

Prezidem Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əhalisi 380 min nəfərə yaxın olan 37 şəhər və rayonun 134 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 1 iyul  tarixli Sərəncamına

Əlavə

 

 

 

2016-cı ildə qazılması nəzərdə tutulan subartezian quyularının

yaşayış məntəqələri üzrə bölgüsünə dair

siyahı

 

Şəhər,

rayon

Quyuların sayı Yaşayış məntəqələri
Ağcabədi

 

 

 

 

 

 

 

 

9

 

 

 

 

 

 

 

 

Yuxarı Qiyaməddinli
Poladlı
Bala Kəhrizli
Böyük Kəhrizli
Boyat
Hacılar
Kəbirli
Xocavənd
İmamqulubəyli
Ağdam 9 Kəlbəhüseynli
Quzanlı qəsəbəsi (2 ədəd)
Çəmənli
Çullu
Əhmədağalı
Məmmədbağırlı
Qəhrəmanbəyli
Gül Baharlı
Ağsu 1 Təklə
Ağstafa

 

 

 

 

6

 

 

 

 

Aşağı Kəsəmən
Pirili
Poylu (2 ədəd)
Qarahəsənli
Mollacəfərli
Astara 1 Ojakəran
Balakən

 

 

 

4

 

 

 

Tülü
Qullar
Gərəkli
Qasbinə
Beyləqan

 

 

 

4

 

 

 

Kəbirli
Aşıqalılar
Təzəkənd
Dünyamalılar
Bərdə 9 Soğanverdilər (2 ədəd)
Xanərəb
Piyadalar
Əmirli
Qullar
Hüseynbəyli
Dəymədağıldı
Şahvəlilər
Cəlilabad 3 Cəlilabad şəhərinin ərazisi
Təzəkənd
Üçtəpə
10 Füzuli

 

 

 

 

6

 

 

 

 

Şıpartı ərazisi (2 ədəd)
Aşağı Seyidəhmədli  ərazisi
1 №-li Qayıdış qəsəbəsi
Böyük Bəhmənli
Arayatlı
11 Gəncə 2 Kəpəz rayonunun ərazisi (2 ədəd)
12 Goranboy

 

 

 

 

 

 

9

 

 

 

 

 

 

Muzdurlar
Nadirkənd
Qaramusalı
Veyisli
Qaradağlı (2 ədəd)
Qızılhacılı qəsəbəsi (2 ədəd)
 Aşağı Ballıqaya
13 Göygöl 4 Qırıqlı
Quşqara (2 ədəd)
Bəhrambağ qəsəbəsi
14 Xaçmaz

 

 

3

 

 

Qıraqlı
Mirzəməmmədqışlaq
Köhnə Xudat
15 Şamaxı 1 Qaravəlli
16 İsmayıllı

 

 

 

4

 

 

 

Qalagah
Qalınçaq
Topçu
Buynuz
17 Qax

 

 

 

 

 

6

 

 

 

 

 

Dəymədağlı
 Ləkit
Güllük
Zəyəm
Tasmalı
Böyük Alatəmir
18 Qazax

 

5 Daş Salahlı  (2 ədəd)
Çaylı (2 ədəd)
Canalı
19 Qəbələ

 

 

3

 

 

Məlikli
Zarağan
Mıxlıqovaq
20 Quba

 

 

3

 

 

Aşağı Atuc
Mirzəqışlaq
Zərdabi qəsəbəsi
21 Qusar

 

2

 

Kuzunqışlaq
Bədişqala
22 Masallı

 

2

 

Banbaşı
Ərkivan
23 Oğuz

 

 

3

 

 

Dəymədərə
Bucaq
Xaçmazqışlaq
  Samux

 

 

 

 

 

6

 

 

 

 

 

Lək
Çobanabdallı
Zazalı
Sərkar
Qarayeri qəsəbəsi
Aşağı Ağasıbəyli
25 Şəki 8 Şəki şəhərinin ərazisi
Orta Zəyzid
Baş Göynük
Kosalı
Şorsu
Oxud
Aşağı Küngüt
Baş Zəyzid
26 Şəmkir

 

 

 

 

7

 

 

 

 

Zəyəm Cırdaxan (3 ədəd)
Düyərli
Şiştəpə
Çinarlı
Qaracəmirli
27 Tərtər

 

 

 

 

7

 

 

 

 

Yuxarı Qapanlı
İlxıçılar  (2 ədəd)
Köçərli
Qaraağacı
Sarıcalı  (2 ədəd)
28 Tovuz

 

 

 

 

 

 

8

 

 

 

 

 

 

Dönük Qırıqlı
Aşağı Quşçu
Əyyublu
Aran
Əlimərdanlı
Alakol
Qovlar şəhəri (2 ədəd)
29 Yevlax

 

2

 

Qaramanlı
Malbinəsi
30 Zaqatala

 

 

 

 

6

 

 

 

 

Muxax (2 ədəd)
Yengiyan
Bəhmətli
Əliabad
Kebeloba
31 Xocavənd 1 Nərgiztəpə ərazisi
32 Yardımlı 1 Deman
33 Şuşa (Ağdam rayonunun ərazisi) 1 Mirzələr qış yatağı
34 Laçın (Ağcabədi rayonunun Taxta-Körpü ərazisi) 1 Sadınlar obası sahəsi
35 Qobustan 1 Təklə Mirzəbaba
36 Lənkəran 1 Şirinsu qəsəbəsi
37 Lerik 1 Lələdulan
  Cəmi 150 134

 

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

AŞPA sədri erməni jurnalistin təxribatçı sualını cavabsız qoydu

%d bloqqer bunu bəyənir: