Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İlham Əliyev parlamenti buraxıb təkrar Prezident seçkilərinə gedəcək

İlham Əliyevin Milli Məclisi də buraxacağı bildirilir

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev konstitusiyaya dəyişiklikləri şərh edib. Report-un məlumatına görə, Səfa Mirzəyev prezidentlik müddətinin 7 ilə qaldırılmasına belə münasibət bildirib: “Həyat çox dinamikləşib.

Əvvəllər beş il insana bir ömür kimi gəlirdi. Indi beş il elə gəlib keçir ki, heç bilinmir nə zaman keçdi. Çünki görülən, görüləcək işlər çoxdur, tələblər yüksəkdir. Bu tendensiya o ölkələrdə əmələ gəlir ki, orada hələ tam oturuşma olmayıb və inkişaf perspektivləri çoxdur. Yəni, həmin yerdə o qədər görüləsi işlər var ki, bunu üç, dörd, ya 5 ilə sığdırmaq çətin məsələdir”.

Səfa Mirzəyev bu fikirləri gülüş doğurur. Çünki Ilham Əliyev artıq 13 ildir ki, ölkə başçısıdır. Məgər Ilham Əliyevə hər hansı müsbət görmək üçün bu müddət bəs eləmir? Bu 13 ildə heç bir sahədə inkişaf gözə çarpmır. Nə Qarabağ problemi həll olunub, nə insan haqları sahəsində vəziyyət ürəkaçandır, nə də iqtisadi sahədə irəliləyiş var. Qarabağ məsələsi dalana dirənib. Insan haqları sahəsinin hansı vəziyyətdə olduğunu bilmək üçün siyasi məhbusların sayı kifayət edir. Iqtisadi sahəyə gəlincə, böhran getdikcə dərinləşməkdədir. Hər gün hansısa şirkət, bank fəaliyyətini dayandırır.

Səfa Mirzəyev həmçinin bildirib ki, konstitusiyaya təklif edilən yeni dəyişikliklər həm Azərbaycanda, həm də dünyada baş verən qlobal dəyişikliklərlə bağlıdır: “Həyat günbəgün inkişafdadır. Yəni, elə dəyişikliklər baş verir ki, insanların çoxu 1 il öncə bunu gözləmirdi. Dövlətin də əsas qanunu cəmiyyətdə baş verən dəyişikliklərdən kənarda qala bilməz. Sözsüz ki, buna reaksiya verməlidir”.

Səfa Mirzəyevin bu fikirləri belə mülahizə yürütməyə əsas verir ki, Azərbaycan hakimiyyəti Türkiyədə və region ölkələrində baş verənlərdən ciddi narahat olub. Digər tərəfdən, Ilham Əliyev komandasına inanmır və super səlahiyyətlər əldə etməklə özünü gələcəkdə baş verə biləcək təhlükələrdən sığortalamaq istəyir.

Bu arada redaksiyamıza daxil olan məlumata görə, referendumdan az sonra prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Yəni, Ilham Əliyev 2018-ci ili gözləmək istəmir. Məlumatda bildirilir ki, Ilham Əliyev prezident seçildikdən sonra Milli Məclisi buraxacaq və yeni parlament formalaşdıralacaq.

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“ANS-ə basqıların arxasında Prezident Administrasiyasındakı bəzi şəxslər dayanır”

%d bloqqer bunu bəyənir: