Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ilham-eliyev

İlham Əliyev Assanc sevgisi, yoxsa siyasətin “unutqanlıq” diktəsi?

Ölkə başçısı İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin bir qrup iştirakçısı ilə görüşdə Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskinin “Siz dünyada Azərbaycanla və mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?” sualına maraqlı cavab verib.

“Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar. Biz bu məsələdə obyektiv olmalıyıq, məsələlərə obyektivlik mövqeyindən yanaşmalıyıq. Mən də sizə belə bir sual vermək istərdim: Azərbaycanı qeyd etdiyim məsələlərlə bağlı tez-tez tənqid edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir? Culian Asanj bir neçə il bundan qabaq hansısa qadınla hansısa əlaqələrə görə ekstradisiya və ölüm cəzası təhlükəsi ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir və çölə çıxmaqdan qorxur. Bunu necə izah edə bilərsiniz? Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?”,- deyə İlham Əliyev bildirib.

Ölkə başçısının cavabında diqqətçəkən məqam Gulian Assancla bağlıdır. Əlbəttə ki, İlham Əliyev Assanc məsələsini Azərbaycandakı jurnalist həbslərinə cavab olaraq bildirib. Amma burada maraqlı məqam bundan ibarətdir ki, Assancın rəhbəri olduğu “Wikileaks” saytında İlham Əliyevlə bağlı da xeyli material yayılıb. Daha çox Amerika səfirliyinin iddialarına yer verilən həmin materiallarda Əliyevin barəsində unuda bilməyəcəyi materiallar dərc olunub. Hətta saytın yaydığı bəzi matetiallar xüsusi sərtliyi ilə fərqlənib.

Lakin görünür, siyasi maraqlar İlham Əliyevi bütün bunlara “unutmaq”a məcbir edib.

24saat.org

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Cəlilabadın təmirçi-alverçi başçısı: Kərəm Həsənov arxasından çəkildi – Özəl

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: