İlham Əliyevi tənqid edən kanal necə bağlandı?

Xaricdə hazırlanan “Azərbaycan saatı ” proqramı yayımını müvəqqəti dayandırıb.

Bu haqda proqramın qurucusu və aparıcısı, hazırda mühacirətdə yaşayan “ Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid açıqlama yayıb.

Q. Zahid qeyd edir ki, bu məcburiyyət “Azərbaycan saatı”nın yayımlandığı “Barış” TV-nin qapadılmasından yaranıb.

“Türkiyədəki məlum hadisələr bizi də vurdu. Türkiyədə bağlanan 16 telekanal arasında “Azərbaycan saatı ”nın yayımlandığı “Barış” TV də var. Bu səbəbdən “Azərbaycan saatı” proqramı bir neçə həftə efirdə olmayacaq”, deyə Q. Zahid bildirib.

 

Q. Zahidin deməsinə görə, Türkiyədə qapadılan əksər media strukturlarından fərqli olaraq Barış TV- nin çevrilişə cəhdi himayə etməkdə günahlandırılan Fətullah Gülən ilə heç bir əlaqəsi yoxdur.

“Biz “Azərbaycan Saatı”nı yaydığımız kanalların həmişə, ilk növbədə, kimlərə aid olduğunu araşdırmışıq. Hələlik, “Azərbaycan Saatı” online versiyada davam edəcək. Ümid edirəm ki, bu, iki-üç həftədən artıq çəkməyəcək və biz hər hansı bir TV kanalı ilə əməkdaşlığa başlayacağıq ”.

Q.Zahid bildirib ki, bu müddət ərzində proqramı youtube-dan, facebookdan azadliq.infoazerbaycansaati.tv saytlarından izləmək mümkün olacaq.

“Azərbaycan saatı ” 2012-ci ilin aprelin 6-dan yayıma başlayıb. Televiziya proqramı müxalif mövqeyi ilə seçilir.

Azadlıq Radiosu

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Trampın azərbaycanlı oliqarx və mafiozlarla işbirliyinə dair yeni detallar üzə çıxdı

%d bloqqer bunu bəyənir: