Now Reading:
İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib
Full Article 40 second read

İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib



Prezident İlham ƏliyevTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “Hörmətli cənab Prezident, əziz qardaşım!

İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Qeyd edək ki, iyunun 28-də axşam saatlarında törədilən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər yaralanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: