İlham Əliyev: “Qarabağ muxtar respublika ola bilər”

“Dağlıq Qarabağla bağlı qarşlıqlı kompromis mövcuddur, region muxtar respublika ola bilər”.

Bu barədə “RİA Novosti” Agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Məntiqli kompromis mövcuddur: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, onların daxili idarəetməsi və Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi. Və iki xalqın sülh içində yaşaması üçün Dağlıq Qarabağ muxtariyyətindən kənardakı ərazilər geri qaytarılmalıdır. Problemin həllini belə görürük”.
İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir kompromisə gedilməyəcəyini də vurğulayıb.
“Biz heç zaman Dağlıq Qarabağa müstəqillik verilməsinə razılaşmayacağıq. Amma yerli idarəetmə ilə bağlı müəyyən razılaşma əldə etmək mümkündür, razılaşa bilsək, burada muxtar respublika yaradıla bilər”.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Ərdoğan İlham Əliyevə zəng elədi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: