Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
iq

“İlhamə Quliyeva dedi ki, Mehribanı öldür…”

«İlhamə Quliyeva telefonda mənə dedi ki, «Mehribanı öldür, qorxma, mən arxanda dayanmışam»».

Mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi olmuş Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov məhkəmədə ifadə verərkən belə deyib. O, həyat yoldaşının məhkəməsində şahid kimi dindirilib.

İ.Quliyevanın əmlakını ələ keçirməyə cəhddə suçlanaraq həbs olunan Mehriban Hüseynovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

«PUL TƏKLİF ETDİ»

T.Hüseynov deyir ki, həyat yoldaşı günahsızdır. Onun İlhamə Quliyevanın əmlakını ələ keçirmək niyyəti olmayıb, bunun üçün heç bir addım da atmayıb: «Həyat yoldaşım günahsızdır, bu işi başqa adamlar planlaşdırıblar. İlhamə Quliyeva, oğlu Orxan və onun dostu Vüqar Bəkirov gecə ilə evimə basqın etdi. Mənə deyirdilər ki, guya Mehriban onların evindən qızıl-zinət əşyaları, şuba və başqa şeylər oğurlayıb».

T.Hüseynovun dediyinə görə, bir müddət sonra İlhamə Quliyeva onlara zəng edib deyib ki, Mehriban əmlakını ələ keçirmək üçün onu zəhərləmək istəyib: «İlhamə Quliyeva telefonda bundan sonra mənə pul təklif etdi ki, Mehribanı öldürüm».

T.Hüseynov deyir ki, sonradan İlhamə Quliyeva Mehribanı evinə çağırıb, orada onu döyüb, zorla müəyyən məsələləri boynuna almağa məcbur edib, bunu videoya çəkiblər: «Həmin videoçəkiliş gecəsi Mehriban evə gələndə üzərində xəsarət vardı. Səbəbini soruşanda dedi ki, İlhamə Quliyevanın evində onu bıçaqlayıblar».

Məhkəmə prosesi noyabrın 8-də davam edəcək.

Mehriban Hüseynova ötən ilin oktyabrında saxlanıb. Ona CM-nin 29,180.3.2-ci (zərərçəkmişə külli miqdarda ziyan vurmaqla soyğunçuluq cəhdi) maddəsi ilə ittiham elan olunub. Amma Mehriban Hüseynova ittihamı qəbul etmir.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Deputat: “Hərdən qadınlar da ərlərini öldürür, döyüb evdən qovur…”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: