Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İki polis əməkdaşı bir sərxoş tərəfindən döyülürsə…

Onları işdə saxlamağa dəyərmi?

Müzəffər Baxışov: “Heç bir halda polisə müqavimət göstərmək olmaz”

Bu günlərdə Şabran Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin iki əməkdaşınn bir sərxoş tərəfindən döuyülməsi ilə bağlı məlumat yayılıb.
Maraqlıdır, iki polis əməkdaşının bir sərxoş şəxsə müqavimət göstərə bilməməsi nədən xəbər verir? Madam ki, iki polis əməkdaşı bir sərxoşun öhdəsindən gələ bilmir, onları daxili işlər orqanlarında saxlamağa dəyərmi?
Məsələ ilə bağlı 24saat.news-a açıqlama verən hüquqşünas Müzəffər Baxışov bu məsələdə birmənalı fikir söyləməyin çətin olduğunu vurğuladı:
“Bu barədə qəti fikir bildirmək çətindir. Ola bilsin ki, həmin sərxoş şəxs fiziki baxımdan güclü olub.
Polis əməkdaşları işə qəbul edilən zaman onların fiziki göstriciləri, hazırlıq səviyyəsi də nəzərə alınır. Bu göstəricilərə cavab verməyən şəxslər daxili işlər orqanlarına qəbul edilmir. Ola bilsin ki, polis əməkdaşları bu şəxsin sərxoş olduğunu görüb ona müqavimət gstərməyiblər. Həmin şəxs isə sərxoşluğundan istifadə edib polislərə müqavimət göstərib. Istənilən halda polisə müqavimət göstərmək, onun sağlamlığına zərbə vurmaq, həyatı üçün təhlükə yaratmaq CM-nin 315.2-ci maddəsi ilə məsuliyyət yaradır. Bu isə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası deməkdir.
Polis hakimiyyət nümayəndəsidir və kimsənin ona müqavimət göstərməyə haqqı yoxdur. Polisin bütün qanuni tələbləri yerinə yetirilməlidir. Əgər polis qanunsuz tələb irəli sürürsə, o zaman onun bu əməlindən yuxarı instansiya və ya məhəməyə müraciət etmək lazımdır. Ancaq heç bir halda ona müqavimət göstərmək olmaz”.

Seymur Əliyev

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Qafqaz Universitetinin yeni rektoru kimdir? – DOSYE

%d bloqqer bunu bəyənir: