Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İki məmur arasında gərginlik – Heydər Əsədovla Kərəm Həsənov üz-üzə gəlib

Kərəm Həsənovun dəstəyilə vəzifəyə gələn Rahib Kərimovun Heydər Əsədov tərəfindən sıxışdırılmasından xəbər tutan komitə sədri bundan qəzəblənib

Kənd təsərrüfatı naziri Heydər Əsədovla əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov arasında münasibətlər gərginləşib. 24saat.org-a daxil olan məlumata görə, münasibətlərin gərginləşməsinə səbəb Heydər Əsədovun Kərəm Həsənova yaxın şəxsi işdən çıxarmaq istəyidir. Həmin şəxs Cəlilabadın kənd təsərrüfatı idarəsinin rəisi Rahib Kərimovdur. Məlumatda deyilir ki, Heydər Əsədov bir neçə həftə əvvəl keçirdiyi iclasda Rahib Kərimovu tənqid atəşinə tutub. Hazir onun yarıtmaz fəaliyyətdə ittiham edib.

Məlumatda bildirilir ki, həm də onu işdən çıxaracağı ilə hədələyib. Məlumata görə, Kərəm Həsənovun dəstəyilə vəzifəyə gələn Rahib Kərimovun Heydər Əsədov tərəfindən sıxışdırılmasından xəbər tutan komitə sədri bundan qəzəblənib. Lakin hələ ki, Kərəm Həsənov Heydər Əsədova qarşı hər hansı addım atmayıb. Komitə sədri özü ilə bağlı problemləri yoluna qoyduqdan sonra nazirlə hesablaşmaq qərarına gəlib. Kərəm Həsənovun problemlərinə gəlincə, prezident İlham Əliyevin mayın 19-da dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı fərmanla Kərəm Həsənov özəlləşdirmə prosesindən kənarda saxlanılıb. İndi komitə sədri addımlarında korrektə olmağa çalışır ki, ümumiyyətlə, işdən çıxarılmasın. Bildirilir ki, komitə sədri bu məqsədlə hakimiyyətdəki iri qruplaşmalara minnətçi düşüb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Binəqədi və Sumqayıt DYP-si arasında “sərhəd müharibəsi”

%d bloqqer bunu bəyənir: