Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İki erməni əsgəri müəmmalı şəkildə öldü

Ermənistan ordusu daha iki əsgərini itirib. ANS PRESS-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, erməni hərbi qulluqçular hərbi hissədə ölü tapılıblar. Ölənlərin adları İqor Akopyan və Koryun Artünyandır. Faktla bağlı araşdırma aparılır.

Bu, Ermənistan ordusunun son vaxtlar qeyri-döyüş şəraitində verdiyi ilk itki deyil. Bundan əvvəl də Ermənistan ordusunda analoji hal yaşanıb. Martın 15-də Tavuş rayonunda Ermənistan ordusunun hərbi hissələrinin birində güllə yarası alan əsgərin meyiti tapılıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti əsgərin Noemberyan dayaq məntəqələrindən birində güllə yaralanması nəticəsində həlak olduğunu bildirib. Meyitə baxış zamanı məlum olub ki, əsgərin başına atəş açılıb. İlkin ehtimala görə, əsgər intihar edib. Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəblərinin araşdırıldığı bildirilir. Lakin erməni mətbuatı özü bir neçə dəfə etiraf edib ki, orduda özbaşınalıq və nizam intizamsızlıq hökm sürür. Bunun nəticəsində Erməni ordusunda dəfələrlə əsgərlər arasında atışma olub.

Ermənistan əsgərləri

 

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

“Semaşko”nun baş həkimi səhəttinə görə istefa verdi

%d bloqqer bunu bəyənir: