Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ikiburun

İki burunlu, üç gözlü – QƏRİBƏ MƏXLUQ

Moderator.az  qorxulu simayla dünyaya gəlmiş Bill Druks adlı adam haqqında yazı təqdim edir.

1913-cü ildə Amerikada Alabamada dünyaya gələn Uilyam “Bill” Durks digər qardaşlarından fərqli görünürdü. Belə ki, Druks 3 qardaşının heç birində olmayan qeyri adi üzə sahib idi. Tam sağlam ata-anadan dünyaya  gələn Bill Durksun ikiyə bölünmüş kimi görünən üzü onu olduqca qorxunc göstərirdi. Yarılmış dodağı, yarılmış damağı, iki burnu isə üzünü daha da qorxunc  edirdi.
Billin bu vəziyyəti qarşısında valideynləri kimi həkimlər də aciz qalmışdı, çünki edə biləcəkləri heç nə yox idi. Onun bu durumu ilə artıq valideynləri və qardaşları da barışmışdı. Ancaq Bill özü qorxunc görünüşü ilə heç cür barışa bilmirdi. Buna görə də hər kəsdən təcrid olub özünə qapanmışdı. Heç bir dostu yox idi, heç kimlə dərdləşə bilmirdi. Qəribə görünüşünə görə heç məktəbə də gedə bilmirdi.
Təəssüflər olsun ki, Bill böyüdükcə problemləri də onunla birgə böyüyürdü. Küçəyə çıxa bilmirdi, ətrafdakılar onu görən kimi qorxub qaçmağa başlayırdılar. Hətta ondan yaşda xeyli böyük olanlar belə Billin bu vəziyyətini anlayışla qarşılamırdı. Billi bir sirk sahibi kəşf edənə qədər demək olar ki, hamı onun üzünə baxmırdı. Ancaq günlərin birində bir sirk sahibi Billə qarşılaşandan sonra onu öz sirkində işə götürür. Sirk sahibi Billin burnunun üst hissəsinə, gözlərinin arasındakı boşluğa üçüncü göz qoyur. Daha sonra makiyajdan sitifadə edərək Billi daha da qorxulu hala salır. Bundan sonra Billi sirkdə “Qəribə məxluq” adı ilə bir çox əyalətlərdə gəzdirib nümayiş etdirir. Bununla da əvvəllər qorxulu üzünə görə qorxub qaçanlar bundan sonra Billi görmək üçün pul ödəməli olurlar.
Bill qısa müddətdə bütün ölkədə tanınır, ancaq bu halı onu heç də məmnun etmir. Çünki bu zavallıyla hər kəs heyvanmış kimi rəftar edir. Bill məşhurluğundan razı qalmasa da bu məşhurluq ona ailə qismət edir. Belə ki, o, özündən 10 yaş böyük Milly adıyla tanınan bir qadınla evlənir.
Billin bu evlilikdən də tamamilə sağlam olan bir qızı dünyaya gəlir. Olduqca xoşbəxt ailəsi olan Bill insanlardan təcrid edilmiş vəziyyətdə yaşayır. Ömrünün sonuna qədər üzünü gizlədir və nəhayət 1975-ci ildə bu həyatla sağollaşır.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Ata olacağını eşidən oğlan canlı yayımda görün nə etdi – VİDEO

%d bloqqer bunu bəyənir: