24 saat

III Dünya müharibəsi gedir – Yeni formada


Hələlik dünyanı irimiqyaslı dünya müharibəsi təhdid etmir.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında hərbi ekspert Aleksey Arestoviç söyləyib. Onun sözlərinə görə, Ukrayna və Qazaxıstanda baş verən proseslər isə sadəcə “rus dünyası siyasəti” tərəfdarları ilə Avropa dəyərlərinə inteqrasiyanın tərəfdarları arasında gedən mübarizədir:

“Məncə, III Dünya müharibəsi soyuq müharibədir. Bu gün dünyada baş verənləri irimiqyaslı müharibə adlandırmaq gülünc olardı. Hətta Qazaxıstanda müstəqil respublikalar yaransa belə, buna MDB daxilindəki kiçik mübahisə kimi baxılacaq. Qlobal miqyasda müharibə heç vaxt bitmir. Bu, daha çox qeyri-hərbi metodlarla aparılır. Bu, iqtisadi, informasiya və mədəniyyətlərin müharibəsidir”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: